Yuxarı

Müəllimlərin işə qəbulu: imtahan nəticələri açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müəllimlərin işə qəbulu: imtahan nəticələri açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri və apellyasiya müraciətləri barədə məlumatlar açıqlanıb.

Bu barədə Axar.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 3, 4, 8-10 iyul tarixlərində təşkil olunan test imtahanlarının nəticələri və apellyasiya müraciətləri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.

"Qeyd edək ki, namizədlərin apellyasiya müraciətlərinə əsasən, suallar ekspertlər tərəfindən yenidən yoxlanılıb. Texnologiya və təsviri incəsənət fənləri üzrə bəzi test tapşırıqlarında texniki və məzmun baxımından problemlər aşkar olunub. Belə ki, texnologiya fənni üzrə Azərbaycan və rus bölməsində bir sualın şərtində uyğunsuzluq qeydə alınıb. Bundan əlavə, texnologiya fənni üzrə rus bölməsində bir sualın cavabında iki düzgün cavab olduğu müəyyən edilib.

Təsviri incəsənət fənni üzrə isə hər iki bölmə üzrə 1 sualın cavab variantlarında uyğunsuzluq aşkar olunub.

Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd edilənlərə əsasən, sözügedən test tapşırıqlarının nəticələri yenidən hesablanıb. Sualların bütün namizədlərə düzgün olaraq hesablanması ilə sistemdə olan doğru variantı seçən şəxslərin nəticələri sabit qalıb. Test tapşırıqlarını səhv və ya cavablandırmayan şəxslərin imtahan nəticələri isə xeyrinə nəzərə alınmaqla yenidən hesablanıb", - məlumatda vurğulanıb.

Tarix
2025.07.21 / 18:25
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla