Yuxarı

Rusiyada azərbaycanlıların işgəncə ilə öldürülməsi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Rusiyanın Yekaterinburq vilayətində iki azərbaycanlının işgəncə ilə öldürülməsinə dair faktları Rusiya İstintaq Komitəsinə təqdim edib.

Axar.az xəbər verir ki, bunu Report-a Ankarada səfərdə olan Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror qeyd edib ki, Yekaterinburqda azərbaycanlılara qarşı baş verən işgəncə faktları ilə bağlı Rusiya İstintaq Komitəsi ayrıca araşdırma aparır.

"Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hadisələrlə bağlı cinayət işi başlatdıq. Bilirsiniz ki, Rusiya tərəfi - həm İstintaq Komitəsi, həm Baş Prokurorluqla mütəmadi əlaqələr saxlayırıq. Hərçənd, Rusiya tərəfi deyir zərərçəkənlər öz ölkələrinin vətəndaşlarıdır, amma Azərbaycan ikili vətəndaşlığı tanımadığı üçün onlar bizim vətəndaşlardır. Ona görə biz onlarla bağı ekspertizalar keçirdik, təəssüf olsun ki, həmin şəxslərin işgəncələr, döyülmələr, ağır bədən xəsarətləri alınması nəticəsində həyatlarını itirdikləri müəyyən olundu.

Həmin işlərlə də bağlı biz istintaq hərəkətləri aparırıq və əldə olunmuş bütün sübutları Rusiya İstintaq Komitəsi tərəfə təqdim etmişik. Rusiya tərəfindən mənə deyilib ki, həmin zorakılıq faktları ilə bağlı İstintaq Komitəsi tərəfindən ayrıca araşdırma aparılır. Ümid edirik ki, bu məsələ ilə bağlı açılmış cinayət işinin nəticələri olacaq".

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər xəsarət alıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.

Azərbaycan XİN dəfələrlə bəyanatlarla çıxış edərək Rusiya tərəfindən şəffaf araşdırmanın aparılmasını və bu yolverilməz zorakılıq aktının günahkarlarının məsuliyyətə cəlb edilməsini tələb edib. Bu hadisə ilə əlaqədar Rusiyanın müvəqqəti işlər vəkili, eləcə də Bakıdakı səfiri Azərbaycan XİN-ə çağırılıb, baş verənlərlə bağlı onlara kəskin etiraz bildirilib.

Bundan əlavə, Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 7 maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə, vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda və s.) ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub, cinayət işi üzrə istintaqa qrupu yaradılmaqla aktiv istintaq tədbirləri icra edilir.

Tarix
2025.07.22 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Milli Mətbuatın 150 illiyi ilə bağlı təbrik ünvanladı

Zakir Həsənov Ərdoğanla tədbirdə - Foto

Bayramov Gürcüstan prezidenti ilə görüşdü

Təyyarə qəzası: Baş prokuror mühüm məlumatı açıqladı

Rusiya qısa zamanda Bakıya bu məlumatı verməsə... - Baş prokuror

Biz əvvəldən Əliyevin bu mövqeyi ilə razılaşmadıq

Kremlin Azərbaycandan tələbi: Bundan gülünc bəhanə ola bilməzdi!

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Əliyev Trampa təşəkkür etdi

Azərbaycandan İrana hücum? - Pezeşkian rədd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla