Yuxarı

Bakıda suyun kəsilməsinin səbəbi açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda suyun kəsilməsinin səbəbi açıqlandı

Yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbat artır. Mövcud qurğuların və sudaşıyıcı kəmrlərin ifrat yüklənməsi nəticəsində qəza risklərini də minumuma salmaqla təlabatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır.

Bu barədə Axar.az-a Bakının bəzi ərazilərində suyun kəsilməsi barədə sorğuya cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Qeyd olunub ki, rejimlərin tənzimlənməsi əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan Bakı ətrafındakı yüksəkliklərdə pərakəndə üsulla salınmış yaşayış ərazilərinə təsir edir, əsas su gətirici magistral kəmərlərin üzərindəki, mühafizə zolağındakı mövcud tikililər suyun şərq zonasına çatdırılmasında və rejim tənzimlənməsində də əlavə problemlər yaradır.

Bütün bu amillər təchizatda fasilələrə səbəb olsa da, hazırda intensiv və sistemli tədbirlər görülür. Ümumilikdə fasiləsiz, o cümlədən qrafik rejimi əsasında su ilə təmin edilən kifayət qədər ərazilərin qızmar hava şəraiti səbəbindən su təmimatı rejimində dəyişiklik edilməsi zərurəti yaranıb.

Hazırda mənbə və daşıyıcı xətlər üzrə yay rejiminin təlabatına uyğun olaraq, Bakı şəhərinə təlabatından 0,3 milyon kub metr çox su verilir. Buna baxmayarq, normativə cavab verməyən tikililər, xətlərin tənzimlənmsinə əngəl yaradan yaşayış sahələri suyun fasiləsiz təminatına ciddi faktor kimi təsir edir.

Bu faktların aradan qaldırılması istiqamətində Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür qurğuları kompleksində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı majistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin, qurulması istqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir.

Tarix
2025.07.24 / 23:09
Müəllif
Axar.az
Digər xəbərlər

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla