Yuxarı

İlham Əliyev fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2328 (Cild I); 2024, № 3, maddə 263, № 10, maddə 1124; 2025, № 4 (I kitab), maddə 333) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 6.2-ci bəndində “1 068 400 000 (bir milyard altmış səkkiz milyon dörd yüz min)” sözləri “1 153 400 000 (bir milyard yüz əlli üç milyon dörd yüz min)” sözləri ilə əvəz edilsin.

2. Bu Fərmanın 1-ci hissəsinin icrası “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanının 1.11.6.6.1-ci abzası ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond) nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2025-ci ilin dövlət büdcəsindən Fonda ayrılan 85 000 000 (səksən beş milyon) manat hesabına təmin edilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

4. Fond bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Tarix
2025.07.25 / 14:25
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla