Yuxarı

289 şagirdin nəticəsi yenidən ləğv olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinin təhlili zamanı müəyyən olunmuş uyğunsuzluqların əlavə araşdırılması davam etdirilir.

Bu barədə Axar.az-a Təhsil İnstitutundan məlumat verilib.

Qeyd olunub ki, bu məqsədlə İnstitutda xüsusi komissiya yaradılıb və komissiya tərəfindən ilkin olaraq nəticələrində uyğunsuzluq müşahidə edilən şagirdlərin əlavə qiymətləndirilməsi həyata keçirilib.

"Sözügedən komissiya tərəfindən 14–18 iyul 2025-ci il tarixlərində valideynlərlə görüşlər təşkil edilib, ümumilikdə 343 şagird əlavə qiymətləndirməyə cəlb olunub. Təkrar qiymətləndirmə zamanı şagirdlərə əsas imtahanda təqdim edilmiş suallarla eyni və ya oxşar səviyyədə bilik, bacarıq və səriştələri ölçən tapşırıqlar verilib.

Əlavə qiymətləndirmənin nəticələrinə əsasən, 54 şagirdin imtahan nəticələri bərpa edilib, 289 şagirdin nəticələri isə əsas imtahan nəticələri ilə ciddi uyğunsuzluq təşkil etdiyi üçün ləğv olunub. Bu barədə məlumat yaxın günlərdə şagirdlərin şəxsi kabinetlərində yerləşdiriləcək. Ümumilikdə lisey və gimnaziyalara qəbul imtahanında 26619 şagird iştirak edib.

Qeyd edək ki, nəticələrdə aşkar edilmiş uyğunsuzluqların araşdırılması komissiya tərəfindən sistemli və şəffaf şəkildə davam etdirilir", - İnstitutdan vurğulanıb.

Tarix
2025.07.28 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyalı jurnalistlər Bakıya hücum üçün yeni mövzu tapdı

Araz Ağalarov da Bakıya gəldi, Emin gəzdirdi - Video

Azərbaycanlılar İranın bölünməsinin qarşısını aldı - Vilayəti

Mustafayevin işi: Pandemiya vaxtı 13 min sərnişin...

Ceyhun Bayramov çex həmkarı ilə telefon danışığı apardı

Baş nazirdən daha bir qərar

Hacıyev Əhmədianla danışdı: Azərbaycana səfər...

Zülfüqarov Dərbənd məsələsinə aydınlıq gətirdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

AZAL təyyarəsini vuran rusiyalı kapitanın şok səs yazısı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla