Yuxarı

SSRİ-ni məhv edən “Böyük çöküş planı” – Axar TV

Ana səhifə Video
12 Punto 14 Punto 16 Punto 18 Punto
SSRİ-ni məhv edən “Böyük çöküş planı” – Axar TV

1988-ci ildə Azərbaycan Sovet Sosialist Respublikası Meydan hərəkatı ilə silkələnməyə başlayır. SSRİ artıq özünümüdafiə qabiliyyətinə malik deyil. İmperiya Qərbin hazırladığı tələyə düşüb.

Qorbaçov çoxlarının ümidinin alt-üst edib. Artıq Azərbaycan da daxil olmaqla SSRİ tərkibində birləşən 15 ölkənin paytaxtlarında etiraz səsləri eşidilir. İmperiya daxilində etnik qarşıdurma üçün mühüm zəmin yaranır.

Tezliklə Azadlıq meydanına milyondan çox insan toplandı. Qısa müddətdə şüarlar azadlıq ifadələri ilə əvəz olundu. Yaranmış situasiya Azərbaycanın azad olması üçün mühüm imkanlar yaradırdı. Lakin KQB istənilən vasitəylə Bakıda müstəqillik ideyalarının məhv olmasına çalışırdı. Sovet kəşfiyyatının Azərbaycanda müstəqillik planının boğulması üçün planı işə düşdü.

Qısa müddət ərzində ermənilərlə azərbaycanlılar arasında münasibətlərin qızışdırılması üçün tədbirlər görülməyə başlandı. Bakı, Gəncə, Sumqayıt, Qarabağda bu günə qədər açılması mümkün olmayan müxtəlif cinayətlər törədildi. Bu isə onsuz da gərgin olan Qarabağ konfliktinin eskalasiyasına səbəb oldu. Nəticədə müharibənin bir addımlığına gəlib çıxdıq.

Cəmi bir il sonra Azərbaycan SSR süqut etdi. Tarixi Azərbaycan Respublikası bərpa edildi. Artıq Ali Sovet də Kremlə qarşı çevrilmişdi.

Oktyabrın 8-də işə başlanan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Tezliklə, daha dəqiq desək, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Bu isə Şərqdə yeni müstəqil dövlətin yaranması demək idi.

Beləliklə, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmır, ya da "əleyhinə" bəndini dəstəkləyirlər.

6 fəsil, 32 maddədən ibarət olan Konstitusiya Aktı 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda müzakirəyə çıxarılır. Əhalinin 95%-i bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə səs verir.

Daha ətraflı Axar TV-nin təqdim edəcəyi süjetdə:

Tarix
2014.10.18 / 09:00
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

4 min azərbaycanlının taleyindən xəbər yoxdur - XİN

BTQ Kanakinin müstəqillik tərəfdarlarını təbrik etdi

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla