Amerika qitəsini Xristofor Kolumb kəşf etdi. Ora
gedib-getməməsi dəqiq bilinməsə də, Ameriqo Vespuççinin adı qitəyə
verildi.
Kolumbun heç zaman ayaq basmadığı ölkəyə isə Kolomb adı verildi:
Kolumbiya!
20-ci əsrin ən böyük Latın amerikalı və kolumbiyalı yazarı
Qabriel Qarsiya Markes doqquz yaşında oxuduğu və Şərq ədəbiyyatının
vizit vərəqi olan əsərlərdən təsirləndi: Min bir gecə
nağılları!
Maraqlıdır ki, ilk fikirdə aşiq olub evləndiyi Mersedes adlı
gözəl də Şərq əsilli immiqrant idi.
Bu gün torpağa veriləcək olan "magik realizm" axınının
yaradıcısı olan böyük yazarın həyatından qeydlər...
Qabriel Qarsiya Markes...
Onu dostları həyatı boyunca "Qabon" deyə çağırdı.
Bütün dünya onu yazıçı olaraq tanıyır, halbuki jurnalistikanı
heç vaxt buraxmadı. İlk xəbəriylə ölkəsindən qaçmaq məcburiyyətində
qaldı və ilk romanını yazdı.
Belə...
1950-ci ildə Kolubmiyada iqtidara gələn Laureano Qomes
Kolumbiyanı dəmir yumruqla idarə etdi. Violensia adı verilən qanlı
hadisədə 200 minə yaxın insan can verdi.
1955-ci ildə dənizdə fırtınaya düşən Kolumbiya Dəniz qüvvələrinə
aid "Caldas" adlı gəmi okeanda batdı. On gün ərzində qayıqda
yaşayaraq xilas olan dənizçi-əsgər Luis Alexandro Velasko diktator
Qomes iqtidarının dəstəyi ilə ölkənin qəhrəmanı edildi.
Lakin...
O dənizçi Velasko bir həftə sonra "El-Espectador" qəzetinin
qapısını döydü. Dövlətin gəmisi qanunsuz mallar daşıyırdı.
Markesin ölkə gündəmə gətirdiyi bu xəbər onun ölkədən çıxmağa
məcbur qalmasının və böyük roman ustası kimi məşhurlaşmasının
başlanğıcı da saymaq olar.
Hazırladı: Tural Qurbanlı