Yuxarı

AYB-də qurultay qalmaqalı davam edir

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
AYB-də qurultay qalmaqalı davam edir

AYB-nin Lənkəran bölməsindəki qalmaqal barədə xəbər vermişdik.

Məsələyə AYB üzvü Bilal Alarlı yenidən münasibət bildirib.

O, açıqlamasında deyib: "AYB-nin Lənkəran bölməsinin sədri İltifat Saleh mətbuata verdiyi açıqlamasında mənim ittihamlarımı əsassız sayır. Lənkəran bölməsində yaşanan qalmaqal bənzərsiz olmayıb. Həm də İltifat müəllimə xatırlatmaq istəyirəm ki, yığıncaqdan çəkilmiş şəkillərə bir də baxsın, orada 28-29 nəfər görünmür. Nizamnaməyə görə, bölmələrdən qurultaya hər 5 üzvdən bir nümayəndə seçilir.

Əgər bölgədə 40 üzv varsa, sadə hesabla, nümayəndənin sayı 8 olur. Amma məsələ başqa cürdür. İltifat Saleh sədrlik etdiyi bölmədə təmsil olunan AYB üzvlərinin konkret sayını bilmir. Bəlkə də bilir, amma indi ona bu sayı bilərəkdən azaltmaq sərf edir.

Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarının hər birində 20 nəfərdən çox AYB üzvü var. Bölgədə yaşayanlar bir-birlərini yaxşı tanıdığından İltifat Salehə 100 nəfərlik siyahını asanlıqla tərtib edib verə bilər. Mənim rəhbəri olduğum "Nöqtələr" ədəbi qrupunun 12 AYB üzvündən 11-i əyalətdə yaşayır və işləyir. 12 AYB üzvünü təmsil edən bir ədəbi qrupdan bircə nəfərin də qurultaya nümayəndə seçilməməsi biabırçılıqdır. Qurultay AYB üzvlərinin ən ali məclisidir.

Qurultaya nümayəndə seçilməyənlər seçmək və seçilmək hüquqlarını itirirlər. AYB-nin sədri, katiblər, 31 nəfərdən ibarət İdarə Heyətinin üzvü, 21 nəfərdən ibarət Gənclər Şurasının tərkibi, 5 nəfərdən ibarət təftiş komissiyasının üzvü, Ağsaqqallar Şurasının üzvləri, bölmə və seksiya rəhbərləri, həmçinin ədəbi orqanların redaksiya heyətləri Qurultayda seçilir. Qurultaya nümayəndə seçilməkdən məhrum edilmiş AYB üzvləri Birliyin seçkili orqanlarında təmsil oluna bilmirlər".

1937.az

Tarix
2014.05.10 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Dubaydan Təl-Əvivə uçan təyyarə qəfil geri qayıtdı

Rusiyadan S-400-lərlə bağlı buna icazə verdi: Türkiyədən...

Ağakərim Səmədzadə federasiya prezidenti seçildi

Qalmaqal: Türkiyə bu, AB digər ölkəyə qarşıdır

Pilotlar bu ölkələrin vətəndaşları imiş - Yeni versiya

İsrailin bütün uçuşlarında təhlükəsizlik artırıldı

Azərbaycanda hazırlanan bu PUA ilk dəfə görüntüləndi

“Mingəçevir Reqatası-2026” yarışına Füzulidə start verildi

“Düşmən”in zirehli texnikası məhv edildi - Video

Azərbaycanda bu şəxsin aylıq maaşı 12 minə qaldırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla