Türkiyədə son günlər ən çox dartışılan qonulardan biri
Ərdoğanın Çankayaya çıxmasından sonra nə olacağıdır.
Mən də bu istiqamətdə müəyyən müşahidələrimi və ehtimallarımı
paylaşmaq istəyirəm. Ərdoğan AK partiyanın sözsüz tək və xarizmatik
lideridir. Onun yerinə kim gəlirsə gəlsin, onun duruşunda
olmayacaq. Gülün yenidən siyasətə dönmə istəyini açıqlamasını
əslində mən sürpriz kimi qəbul etmirəm. Böyük ehtimalla bu, hələ
Gülün yenidən namizəd olub-olmayacağına dair müzakirələr zamanı
razılaşdırılmış gedişdir. Məhz bu dönüşə görə onun yenidən namizəd
olmamağı razılaşdırılıb.
27 avqustda partiyanın qurultayına qərar verilməsi də məncə,
öncədən planlaşdırılıb. Gül Çankayadan enmədən və Ərdoğan Çankayaya
çıxmadan partiyanın rəhbəri seçilməli idi. Daha doğrusu, Ərdoğan
yerinə birinin keçməsi məsələsini həll etməli idi. Ayrıca,
partiyada daşların yerində olması üçün bu şəxs millət vəkili
olmalı, eyni zamanda, Baş nazir postunu da tutub, partiyaya hakim
durumda olmalıdır. Gül millət vəkili olmadığı üçün bu, mümkün
deyildi.
Amma düşünürəm ki, Gül projesi 2015 iyun seçkisindən sonra
reallaşacaq. Ərdoğan əslində son 8-10 aylıq bir müvəqqəti Başkan və
Başbakan müəyyən edəcək. Bu arada 2015 seçkilərində AK partiya
səslərində ərimə olsa, bunu həmin şəxsin baçarıqsızlığı kimi təqdim
edib, Gülü həm Partiyanın başına, həm hökumətin başına
gətirəcəklər. Gül Türkiyənin xarici siyasətinə, AB ilə ilişkilərinə
pozitiv təsir göstərə bilər, həm də daxili siyasətdə uzlaşmaçı bir
yapıya sahib olduğundan AK partiyanın əriməsini önləyə bilər. Onun
AK partiya içərisində də reytinqi pis deyil. Ayrıca, Ərdoğanla heç
vaxt tərs düşməyib. Arınçla müqayisədə Gül Ərdoğana daha uyumlu bir
liderdir.
Beləliklə, mənim düşüncəmə görə, 2015-2019 Türkiyəsində Ərdoğan
prezident, Gül Baş nazir olaraq davam edəcək.
27 avqusta dönsək: mən Arıncın əmanətçiliyi qəbul etməyəcəyini
və Ərdoğanın belə bir addım atmayacağını düşünənlərdənəm.
Davudoğlunun da partiya rəhbəri olacaq reytinqdə olmadığını
düşünürəm. O, meydanlarda mitinqlər aparan bir lider olmaqdan çox,
akademik bir yönəticidir. Babacanın liderlik tərəfi yoxdur və
partiyada ağır topları idarə etməsi çətin olar. Ayrıca, gənc birinə
Ərdoğanın Başbakanlık verməsini düşünə bilmirəm. Gənc olmaq -
iddialı olmaq deməkdir. Ərdoğan öz iddiasının icraçısını önə
çıxaracaq. Bu baxımdan Binali Yıldırım daha çox ağla batır.