Yuxarı

“İçərişəhər”in “cavab daşı” heç topuğa da dəymədi

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir həftədən çoxdur ki, sosial şəbəkə istifadəçiləri və jurnalistlər İçərişəhərdə nə baş verdiyini anlamaq üçün araşdırmaya cəhd edir; bir həftədən çoxdur ki, sosial şəbəkə istifadəçiləri “od püskürür”, qəzəblənir, yumruq silkələyir, söyür, lənət yağdırır, ağıayır...

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin isə tükü də tərpənmir.

Fotoların yayıldığı, camaatın əl-ayağa düşdüyü bir vaxtda qoruğun mətbuat katibi Rahib Azəriyə zəng vurmuşam.

Dialoqumuzu təqdim edirəm:

- İçərişəhərdə qala divarlarına zərər verildiyi ilə bağlı sosial şəbəkələrdə böyük hay-küy var...

- Mən çəkilişdəyəm.

- İdarədən dedilər ki, yalnız siz mediaya danışa bilərsiniz.

- Mən çəkilişdəyəm, siz mənə mane olursunuz.

- Hardasınız çəkilişdə, yerinizi deyin, ora gələk.

- Mənə mane olacaqsınız. Bu gün başım qarışıqdır.

- Sabah da ola bilər.

- Sabah da çəkilişim var.

- Bəs, birigün?

- Birigün də çəkilişdəyəm. Mənə mane olmayın!

Vəssalam, telefonu qapadır! Bu da peşəkar həmkarımızın, təcrübəli yoldaşımızın mətbuat katibliyi.

Əlbəttə, Rahib Azəri kimi peşəkara izah etmək artıqdır ki, o, mən və mənim kimi işini görməyə çalışan jurnalistlərin suallarını cavablandırmaq üçün maaş alır. Çəkilişdə nə işiniz var? Necə yəni mən – media nümayəndəsi sizi narahat edirəm? Veriliş hobbiniz varsa, bunu öz öhdəliklərinizi yerinə yetirdikdən sonra etməniz daha münasibdir, nəinki öz səlahiyyətlərini icra etməkdən imtina edib, verilişlər çəkmək.

Nəticə necə olur? Sosial şəbəkələrdə yayılan fotolar, videolar hətta millət vəkillərini, ictimai fəalları, alimləri hərəkətə gətirir, hamı “İçərişəhər” Qoruq İdarəsi və onun rəhbəri haqda olmazın sözlər yazır, tariximizin məhv olunduğunu bildirir, idarə nüfuzdan düşür, yanlış təsəvvür el-aləmi bürüyür: hətta Türkiyədə yaşayan aydınlarımız belə olaya kəskin reaksiyalarını bildirirlər.

Həftə ərzində bu gərginlik yüzminlərlə abunəçisi olan Feysbuk səhifələrində tirajlanır, media reallığı əks etdirmək üçün İçərişəhərə çəkiliş qrupu göndərir, mühafizəçilər fotoqrafları saxlayır, qoruğun qaydalarına və qanunvericiliyə uyğun olaraq, çəkiliş üçün icazənin göstərilməsini istəyir, icazə olmadığı üçün fotomüxbirlərin çəkdikləri də silinir, təmir gedən hissəyə jurnalistlər heç cür yol tapa bilmirlər və media sosial şəbəkədəki xəbərlərin ardınca düşməyə məcbur edilir.

Nəhayət, qoruq idarəsi bir də ayılır ki, hamı onların əleyhinədir. Yalnız bundan sonra bir açıqlama yayılır, Real TV-yə razılıq verilir və guya “media-tur” təşkil edilir, hər şey detallı izah olunur.

Necə deyərlər, bu yekəlikdə dalğa İçərişəhəri basıb, geri çəkiləndən sonra R.Azəri bir kəsək götürüb, çəkilən dalğaya atır...

Halbuki o fotolar yayılan ilk gündə müraciət edən jurnalistlər dərhal İçərişəhərə dəvət edilməli, onların öz işlərini görməsinə icazə verilməli, əsl həqiqətin üzə çıxmasına şərait yaradılmalı idi ki, məsələ bu qədər böyüyüb, “İçərişəhər” rəhbərliyi bunca təhqir edilməsin!

Əlbəttə, artıq o açıqlamalar da, reallığı əks etdirən videogörüntünün yayılması da çox gecdir. İnanmırsınızsa, real mənzərəni əks etdirən görüntünün baxış sayı ilə bir həftə öncə qala divarlarının dağıdıldığını əks etdirən fotoların müxtəlif səhifələrdəki oxunma sayını müqayisə edin: fərq 100 dəfə deyil, 1000 dəfə də deyil – az qala, yüz min dəfədir!

Artıq çox gecdir. O açıqlamanız heç kimə lazım deyil. Camaat inanmaq istədiyinə inandı, yazdı, söydü, ürəyini boşaltdı və məsələ qapandı. Hamı sizi vandal kimi tanıdı!

Bizdən demək – özünüz bilərsiniz. Vandal kimi təqdim və bu qədər təhqir olunmağınızdan ləzzət alırsınızsa, bu, sizin seçiminizdir!

Tarix
2019.04.26 / 12:23
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin xidmətləri qiymətləndirilmir

ABŞ eksperti: Zəngəzur – İƏT-in ən strateji layihəsidir

İrəvan Zəngəzur dəhlizindən buna görə qorxur - Video

Markov: Qarabağda İrəvanın işğal etdiyi 3 növ ərazi vardı

Soçidə 3 əsas məsələ gündəmdə olacaq - Markov

Soçi görüşündən gözləntim budur – Krutakov

Terrorizm ermənilərin mentalitetindədir – İsrail eksperti

Putin İrəvana təzyiq etməlidir - Pakistanlı analitik

İrəvan nə təxribata, nə də terrora son qoyacaq - Sıtin

Putin Bakıya münasibətini rəsmən bəyan etdi - Korıbko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla