Yuxarı

Braunu, Snupu, Raymsı Londona niyə buraxmadınız?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Futbol heç vaxt sadəcə futbol olmayıb”

Simon Kuper

Futbolun tarixinin qədim Misirə, Çinə dayandığını çoxları bilir. Bilməyənlər üçün kiçik bir məlumat verim. Çində ayaqla vurularaq içi heyvan tükü ilə dolu olan topla oynanılan qədim oyun o zamanlar Tsu Çu adlanırdı. “Tsu” – “ayaqla vurmaq”, “çu” isə “dəri top” mənasını verir. Deyilənlərə görə, oyunun yaranma səbəbi imperatorun doğum günü məclisinin daha şən keçməsinə nail olmaq idi. Doğum günündən sonra bu oyun imperatorların bir növ sevimli “Çin istehsalı qladiator yarışları”na çevrildi və ölkə ərazısındə yayılmağa başladı.

Yarandığı gündən siyasətə xidmət edən idman növü olan futbol siyasətin doğma qardaşıdır.

Futbol kimi milyonlarla azarkeşi olan bir idman növünün, bir qlobal fenomenin siyasətdən tamamilə azad olması mümkünsüzdür.

Son həftələrdə “futbol ictimaiyyəti” adına bəzilərinin Azərbaycanı sözün əsl mənasında şərləməsi, diskriminasiyaya məruz qoyması bir daha sübut etdi ki, “futbol sadəcə futbol deyil” və heç vaxt olmayacaq.

Azərbaycan bu dəfə sonuna qədər haqlı ikən haqsız duruma salınmasına cəhd edildi - əlbəttə, erməni təxribatı...

Ölkəmiz hər zaman Ermənistana informasiya müharibəsində uduzub. Bunu inkar etmək deyil, qəbul edib buna qarşı mübarizə metodları üzərində çalışmaq lazımdır.

“Arsenal” klubunun azarkeşlərə 6 min Mxitaryan maskası paylamaq ideyası, oyunçuları yaşıl meydana Mxitaryanın adı yazılan köynəklə çıxartmaq istəməsi təkcə Azərbaycan hökumətinə deyil, bütün Azərbaycan xalqına qarşı hazırlanmış iyrənc təxribat idi.

Biz erməni lobbi və diasporları kimi güclü işləyə, səsimizi duyura bilmirik, bu qəbulumuz olsun. Lakin bizim də dünya mediasına “əli çatan”, səsini çatdıra bilən jurnalistlərimiz, siyasi fəallarımız var. Onların etməli olduğu şey susmaq olmamalı idi. Onlar vətənləri üçün, Azərbaycan adı üçün mübarizə aparmalı idilər. Sözügedən şəxslərin dövlət və vətən anlayışlarının fərqini dərk etdiyi şəksizdir. Bəs onda bu susqunluq nəyə lazım idi?

Təxribata “qurban getdiyimizi” görəndə “Arsenal” oyunçularını nağara ilə qarşılamaq deyil, sürətli bir plan hazırlayıb, dünya mətbuatında açıqlamalar yaymaq, dünya şöhrətli şəxslərin Azərbaycana çağırış videolarını tirajlamaq, ən azından, turistlərə bizim haqlı olduğumuzu sübuta yetirmək üçün real addımlar atmaq lazımdır.

Britaniyanın Leyboristlər Partiyasının rəhbəri, parlament üzvü Tom Vatson mətbuata açıqlamasında deyib ki, erməni soyadlı azarkeşlərin Bakıya buraxılmaması böyük səhvdir, bu futboldur, hər bir insanın azarkeşi olduğu komandanı izləmə hüququ olmalıdır.

Hörmətli Vatson, siz haqlısınız, hər bir normal ölkə vətəndaşı istədiyi oyunda iştirak edə bilməlidir. Buna görə də Azərbaycan hökuməti “Arsenal”ın son zamanlarda heç bir işə yaramayan erməni əsilli oyunçusu Mxitaryana dəfələrlə işğal olunmuş Azərbaycan torpaqlarına səfər etməsinə baxmayaraq, ölkəyə daxil olmaq izni verdi. Bununla qalmayıb onun təhlükəsizliyinin yüksək səviyyədə qorunacağına təminat da verdi. Hər bir sivil ölkə bunu edərdimi?

Cənab Vatson, parlamentində təmsil olunduğunuz Britaniyanın ölkəyə girməyinə qadağa qoyduğu insanların siyahısı ilə tanışsınızmı? O siyahıda yanız özünüzə məlum olan axmaq siyasi səbəblərə görə ölkəyə girişi qadağan olunan şəxsləri 2013-cü il Vembli stadionunda keçirilən “Borussiya Dortmund" - "Bayern Münhen” finalına buraxdınızmı? Futbol onda futbol deyildimi? Sizin soyadlarını, siyasi baxışını bəyənməyib ölkəyə buraxmaqdan imtina etdiyiniz “terrorçular”ın nəyi bizim erməni terrorçularından artıq-əskik idi, cənab Vatson?

Mən hələ sizdən konsert vermək üçün Londona üz tutan dünya şöhrətli musiqiçilər Kris Braun, Snup Doq, Basta Raymsın hava limanından geri qaytarılmalarını demirəm. Musiqi də futbol qədər gözəldir, elə deyilmi? Niyə o qədər pərəstişkarı gözüyaşlı qoydunuz?

Bəli, çünki güc sizdədir. Çünki siz millətləri marionet, dövlətləri oyuncaq etməyi sevirsiniz. Çünki sizin dəyərləriniz yalnız sizin maraqlarınıza xidmət etdiyində dəyər hesab olunur.

Uzun sözün qısası, olan oldu, keçən keçdi. Bizə düşən bu hadisədən nəticə çıxarıb gələcəkdə daha diqqətli olmaqdır.

Sabahkı oyunu təxminən 1 milyard insanın izləyəcəyi gözlənilir. Gəlin, bu dəfə birlik olaq, stadionda Azərbaycan bayraqları ilə 28 May bayramımızı qeyd edək!

Tarix
2019.05.28 / 14:40
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin xidmətləri qiymətləndirilmir

ABŞ eksperti: Zəngəzur – İƏT-in ən strateji layihəsidir

İrəvan Zəngəzur dəhlizindən buna görə qorxur - Video

Markov: Qarabağda İrəvanın işğal etdiyi 3 növ ərazi vardı

Soçidə 3 əsas məsələ gündəmdə olacaq - Markov

Soçi görüşündən gözləntim budur – Krutakov

Terrorizm ermənilərin mentalitetindədir – İsrail eksperti

Putin İrəvana təzyiq etməlidir - Pakistanlı analitik

İrəvan nə təxribata, nə də terrora son qoyacaq - Sıtin

Putin Bakıya münasibətini rəsmən bəyan etdi - Korıbko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla