Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Avqust 2019


Bakıda ərəblərin yatağına yıxılan ADımız

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar gözəlləşən Bakıya baxanda adamın ürəyini bulandıran bir nüans diqqəti çəkir: aqressiv, kobud, ağzı söyüşlü, açıq-saçıq geyimli, zövqsüz makiyajlı “yeni qızların” sayı artır.

Mərkəzdə şahidi olduğum vəziyyət məni elə incidir ki! Azərbaycana gələn turist dostlarım məndən Bakıda niyə bu qədər fahişənin olduğunu soruşur. Mənsə deyirəm: Onlar gəlmələrdir!

Hardan gəlmə? Nə gəlməsi? Öz qanımızdır, öz canımızdır, öz vətəndaşımızdır.

Bir zamanlar öz zərifliyi, ləyaqəti, namusu ilə bütün Qafqazda məşhur olan qadınlarımız indi avropalı və ərəb turistlərin gözündə yüngül əxlaqlı qadınların vətənidir.

Biz hara gedirik?

Pul qazanmağın asan yolu deyirik, bədənini satmaq asandırmı? Qab yumaq ondan çətindirmi? Xadiməlik fahişəlikdən mürəkkəbdirmi? Xeyr, bu iş asan pul qazanmaq yolu deyil, bu, ən çətinidir.

Son günlərdə bu haqda o qədər düşünürəm ki! Bu “peşə sahiblər”inin durmadan artması nə ilə izah olunmalıdır? Bu bədbəxtçiliyin qarşısını necə almaq lazımdır?

Necə bu qadınları inandıraq ki, həyatda başqa çıxış yolları da var? Onları necə başa salaq ki, heç vaxt geri dönmək üçün gec deyil?

Əzizlərim! Vallah, bacarmırsınız. Bu iş sizlik deyil. Bu iş sizin, bu millətin qanında-canında yoxdur! Bacardığınız bir sahədən yapışın. Axtarsanız, elə bir sahə mütləq tapacaqsınız, amma onun fahişəlik olmadığı dəqiqdir.

Dəfələrlə sosial şəbəkədə oxumuşuq. Hansısa fahişə ərəblə qiymət danışır. Elə bil kartof alveridir...

Hətta vəziyyət o qədər iyrənc hal alıb ki, bu ərəb gedələr əxlaqlı, mərifətli qadınlarımıza da bu cür təkliflər edirlər.

Ölkədə turistlərə təqdim ediləsi bu qədər gözəl şey var. Biz isə turistlərin qabağına fahişələrlə çıxırıq.

Ən pisi də budur: Azərbaycan “qadını” (onlara qadın deməyə belə dilim gəlmir) iyrəndiyi ərəb gedələrin yatağına yıxılır.

Amma dəqiq olan budur: yıxılan təkcə bu fahişələr deyil, həm də Azərbaycan qadınının müqəddəs adıdır.

Biz bu böyük Addan yıxılırıq...

Tarix
2019.06.28 / 22:13
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
loading...
Digər xəbərlər

Prezident bu haqda tapşırıq verib - Video

Azərbaycanın hissləri ilə oynamaq... - Nikolun provokativ tələsi

Kimsə Obamanı qınayıbmı? - Tramp

TV aparıcıları belə geyinməməlidirlər – Video

Vaezi Bakı ilə əlaqələrdən danışdı: Son 5 ildə…

Afinanın Bakı səfiri “gizli söhbətlərdən” danışdı

Azərbaycan ərazi bütövlüyümüzü dəstəkləyir - Səfir

Paşinyan istəyir ki, Bakı savaşa başlasın və... - Video

AB diplomatı Qarabağa baxışını açıqladı - Video

Eks-nazirdən şok: Bakı savaşın qarşısını ala bilər - Video

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla