Yuxarı

Ölkədə bir-birini didən qruplaşma...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay fəsli, isti yay günləri daha çox istirahət, rahatlıq, nə bilim, dəniz qıyısında isti qum, dağ döşündə sərin gün kimi assosiasiya olunub zaman-zaman. Və bu, siyasi partiyaların, ümumən siyasilərin “menyu”sunda özünü göstərsə də, bir para nəfərlər var, zorən gündəm yaratmağa, hansısa “təlaş”lıq “olay”ı tirajlamağa çalışır, çalışır.

İstər daxildə radikal yarlığı ilə tanınan müxaliflərin, istərsə xaricdə məskunlaşıb öz dövlətini, daha konkret şəkli ilə Azərbaycan hakimiyyətini hədəf götürən “mühacir”lərin fəaliyyəti, onların şəxsi mənafe və daha çox maddiyyat uğrunda çarpışdığını göstərir də, göstərir.

Belə qruplar Feysbukda çabaladığına, Yutubda girələndiyinə görə, “sosial şəbəkə müxalifəti”dir, “sosial şəbəkə müxalifəti”.

Bunlar ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağladığına, şübhəli qaynaqlardan qidalandığına və bu vəsaitləri almaq üçün necə hoqqadan çıxdığına görə “qrant müxalifəti”, “qrant müxalifəti”dir.

Bu qruplar milli-mənəvi və əxlaqi dəyərlərimizi tapdaq altına atmağa, siyasi mübarizə adı ilə mənəviyyatsızlığı təbliğ etdiyinə görə “söyüş müxalifəti”, bir başqa deyilişlə, “iaşə müxalifəti”dir.

Ümumən öz ölkəni ağına-bozuna baxmadan yamanlayırsansa, sən ideoloji-siyasi olaraq, nəinki radikal, heç bəlkə, “...adikal”, “...dikal”, “...ikal” da yox... eləcə, kal müxalifətsən, kal müxalifət...

Əfəndim, bəs mövzu (yunanlar demiş, “t(h)ema”) nədir? – “Əsasında olan” deməkdir, eləmi? – Bir azca da, irəliləsək, “hansısa mətnin, söylənən fikrin əsas anlamı, məzmun(lu) hissəsi”dir – elə deyilmi?

Əgər mövzunu musiqi üzərindən yorumlasaq, “musiqi əsərinin yadda qalan əsas bölümü” deyilmi mövzu?

Yaxşı, yuxarıda “bəzəyib-düzədiyimiz”, “süslədiyimiz” kateqoriyadan olanların hansı mövzusu əsasdır, anlamlıdır, məzmunludur? Bəlkə, duyğu alqoritmi, düşüncə simmetriyası, fikir ritmi, nitq ahəngi, faydalılıq əmsalı, zövq aşılaması əlçəkilməz, geridurulmazdır? Belələrinin nəyinə, bax, nəyinə vaxt itirməli, diqqət etməlidir bir mürşid? – Mürşid yox, e, lap mürid olan, hə?

Açıq-açığına görünmürmü çalınana oynayır zalım uşağı? Evitikilmişlər hər gün bir az daha qaramata sürükləndiklərini fərq etmir, ya başqa bir “hikmət” var bu qafil gedişatda?

Nə agent fəaliyyəti ilə məşğul ola biləcək, nə də təxribatlar yarada biləcəklər. Bəlkə də olacaqlar e, amma olanlar özlərinə qarşı çevriləcək, özləri bir-birini didəcək, didişdirəcək... Necə ki didir və didişdirir...

“5-ci kolon”un biri “5-ci kolon”!

Tarix
2019.08.16 / 13:47
Müəllif
Əkbər Qoşalı
Şərhlər
Digər xəbərlər

İlk rus imperatordan son “prezident”ədək…

Ərdoğandan dərhal sonra Şərifin Bakıya gəlməsi...

Gəncə vurulanda cınqırını çıxarmayanlar…

Rusiyadan idxal edirik: əsas hədəfimiz isə budur

Azərbaycanlını Rusiyada öldürmək olar...

Ağzını söyüşlə açanların yaramazlığı…

Koronovirus önünə nə ilə və necə çıxırıq?

AB-nin Bakı standartı: Əli Kərimli ilə nə danışılıb?

10 maddəlik münasibət

“Relaks” olayı: kim bundan faydalanmağa çalışdı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla