Yuxarı

Diqqət çəkmək üçün heyvan olaq?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Siz mənim arzularımı, uşaqlığımı oğurlamısınız...”

Bu sözlərin müəllifi son zamanlar BMT sammitində etdiyi emosional çıxışlarla dünyada qısa müddətdə məşhurluq qazanan 17 yaşlı qızdır.

Qreta Tunberq 2003-cü ildə əla səhiyyə sistemi və yüksək həyat səviyyəsinə malik İsveçdə doğulub.

Anası İsveçi “Avroviziya” musiqi yarışmasında təmsil edən opera müğənnisi, atası isə ölkədə kifayət qədər tanınan aktyordur.

Qreta 2011-ci ildə ilk dəfə iqlim dəyişikliyi haqda eşidəndə depressiyaya qapılıb və danışmaqdan imtina edib. 2013-cü ildə iqlim dəyişikliklərinə etiraz etmək qərarına gəlib və təhsil aldığı nüfuzlu məktəbi boykot edib.

***

Zəhra Azərbaycanın Xocalı şəhərində doğulub.

Atası çoban, anası isə evdar qadın olub.

Ağır şəraitdə böyüyən körpənin ən böyük arzularından biri təhsil almaq olub.

Zəhra 26 fevral 1992-ci ildə Ağdam rayonunun yaxınlığında “azad dəhliz”dən sağ xilas ola bilən “şanslılar”dandır.

O, bacısının gözü önündə güllənlənməsini gördükdən sonra danışmaq qabiliyyətini itirib.

Amma əminəm ki, danışa bilsə, o da Qretanın dediyi bu sözlərə yaxın fikirlər səsləndirərdi:

“Siz mənim arzularımı, uşaqlığımı oğurlamısınız...”

***

Ümumiyyətlə, məncə, çağdaş dünyanın ən böyük bəlası iqlim deyil, körpə ölümləri, müharibələr, qaçqınlardır.

“Hökumətlər gənclərə xəyanət etdi”, - deyir Qreta.

Bəli, etdi. Amma bu, iqlim problemindən çox üstün bir səviyyədə, daha qəddar bir səviyyədə baş verdi və verməkdədir.

Bəzi mətbu orqanlar iddia edir ki, Qretanı “yaşıl lobbiçi”lər maliyyələşdirir. Bu “yaşıllar” niyə bir dəfə Yaxın Şərqdən, Asiyadan bir qəhrəman seçmədi? Niyə bir dəfə əzilənin, yıxılanın tərəfində olmadı?

İqlim hər gün aclıqdan, hava hücumlarından, xəstəliklərdən dünyasını dəyişən körpələrdən dahamı dəyərlidir?

Ümumiyyətlə, dünyada qəribə bir saxta sentimentallıq yaranıb. Avstraliyada meşə yanğınlarına milyonlarla insan göz yaşı tökdü, maddi yardım etdi. Bəs Şərq niyə diqqətdən kənarda qalır? Hər gün uşaqlara məzar olan İdlibə niyə diqqət çəkilmir?

Dünyanın diqqətini çəkmək üçün mütləq Qərbdə, yaxud da hansısa uzaq qitədə ağac, ya da heyvan olmaqmı lazımdır?

Əminəm ki, Şərqdə, eləcə də Xocalıda yaşanmış insanlıq dramı Qərbdə baş verən olaylardan daha ağrılı və dəhşətlidir. Bəs beynəlxalq ictimaiyyət niyə bunları görməzdən gəlir?

Dünya balaca Qreta ilə yanaşı, Xocalı qurbanı Zəhranın da faciəsinə qulaq verməlidir. Əks halda ədalət nizamı pozulacaq. Bu nizam pozulduqda isə dünya iqlim böhranından da dəhşətli olaylarla qarşılaşacaq.

Tarix
2020.01.22 / 16:09
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin xidmətləri qiymətləndirilmir

ABŞ eksperti: Zəngəzur – İƏT-in ən strateji layihəsidir

İrəvan Zəngəzur dəhlizindən buna görə qorxur - Video

Markov: Qarabağda İrəvanın işğal etdiyi 3 növ ərazi vardı

Soçidə 3 əsas məsələ gündəmdə olacaq - Markov

Soçi görüşündən gözləntim budur – Krutakov

Terrorizm ermənilərin mentalitetindədir – İsrail eksperti

Putin İrəvana təzyiq etməlidir - Pakistanlı analitik

İrəvan nə təxribata, nə də terrora son qoyacaq - Sıtin

Putin Bakıya münasibətini rəsmən bəyan etdi - Korıbko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla