Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
11 Avqust 2020


Qarabağın işğalı Azərbaycanı xilas etdi...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan Münhendə belə bir bəyanatla çıxış etdi: “Əsas məsələ Dağlıq Qarabağın və Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin olunmasıdır”.

Uzun müddətdir belədir: erməni terrorçubaşıları bütün dünyanı inandırmağa çalışır ki, Ermənistan ordusu Qarabağda ermənilərin “təhlükəsizliyini” qoruyur.

Nə olmuşdu ermənilərin “təhlükəsizliyinə”? Azərbaycanda hansı təhdid vardı ermənilərə?

1988-ci ilə qədər Azərbaycanda hər 13 ailədən biri ermənilərlə qarışıq ailə idi;

Azərbaycanın qərb əyalətlərinin – ermənistanlıların, qarabağlıların böyük əksəriyyətinin, bəlkə də hamısının kirvəsi ermənilər idi;

Azərbaycanın bütün məclislərində ermənilər yuxarı başda otururdu...

Halbuki 1905-ci, 1918-ci, 1920-ci ildə məhz kirvələrimiz olan ermənilər Azərbaycan xalqının qanını tökmüş, onminlərlə azərbaycanlını qətlə yetirmiş, mindən artıq kəndimizi dağıtmış, Mart soyqırımını törətmiş, yüz minlərlə soydaşımızı evindən-eşiyindən didərgin salmışdı.

Bütün bunlardan sonra ermənilər bizi inandıra bilmişdi ki, baş verənləri özləri deyil, daşnaklar edib, xarici qüvvələrin işidir, onların heç bir günahı yoxdur.

Azərbaycan xalqı bütün bu qırğınları unutmuşdu, hər şeyi bağışlamışdı.

Siz bizim evimizin içi, məclislərimizin hörmətli qonağı idiniz...

Bakıda at oynadan siz deyildinizmi? Ötən əsrin ortalarında Bakıdakı ən böyük gizli sexlərin sahibi kim idi? Bakıda və ümumilikdə Azərbaycanda ən gəlirli sahələrin rəhbərləri siz deyildinizmi?

Siz nəinki heç bir diskriminasiya ilə üzləşmir, Azərbaycanda ən yüksək vəzifələrdə təmsil olunur, idarəçilikdə yer alırdınız.

Sizin üçün Azərbaycanda hər cür şərait yaradılmışdı.

Dağlıq Qarabağ da at oynadırdınız. Əlinizdən gələn tək şey Azərbaycanın dövlət büdcəsini talamaq idi. Bakıda tapılmayan, talonla verilən ərzaqlar Xankəndidə (Stepanakertdə) açıq satışda, su qiymətinə idi.

Azərbaycan dövləti və xalqı olaraq biz sizin üçün bundan artıq nə etməli idik?

Niyə “təhlükəyə” düşdünüz? Qarabağda “miatsum” qışqırandan, iki azərbaycanlı çobanı qətlə yetirəndən sonramı?

Yox, bu hələ başlanğıc idi. Spitak zəlzələsi zamanı dəhşətlər üzə çıxdı. Məlum oldu ki, hər iki tərəfi qaynaq edilən böyük su borularının içində uşaqlar var. Siz uşaqları diri-diri o borulara doldurub, ağızlarını qaynaqlamışdınız.

Bunu biz aşkara çıxamadıq, zəlzələyə görə Spitaka gələn Fransa xilasediciləri aşkarladılar.

Bu faktları heç bilmirdik də – fransız mediası yazıb-yaydı...

Bu, sizlərin törətdiyiniz dəhşətlərin yalnız bircəsidir. Gizlədə bilmədiyiniz simanız isə Xocalıdır!

İndi siz bizdənmi qorxursunuz? Hansı üzlə Qarabağdakı ermənilərin təhlükəsizliyindən danışa bilirsiniz?

...Üzr istəyirəm, sizə “hansı üzlə” deyirəm! Bağışlayın, çünki sizin bir milyon sifətiniz var və sabah “ara, biz kirvəyik” deyə yaltaqlanacağınız da istisna deyil...

Bu fikrimə görə bəlkə də tənqidlərə məruz qalacam, amma məncə, Qarabağın işğalı Azərbaycanı xilas etdi. Qarabağın müvəqqəti işğal olunması ilə daha böyük faciələrin qarşısı alındı!

Əks halda Azərbaycanın müstəqillik əldə etdiyi dövrlərdə Bakıda ən yüksək və strateji vəzifələrdə ermənilər oturacaqdı. 1918-ci ildə Şaumyanın ölkədən çıxardığı vaqon-vaqon qızıllar kimi Azərbaycanın sərvəti ermənilər tərəfindən daşınacaqdı.

“Kirvə” donuna girib, bütün Bakını, Azərbaycanı işğal edəcəkdilər. Yoxsa, belə deyildi?

Sovet dövründə Bakıda oxumağa gələnlərin kirayə qaldıqları evlərin sahibləri kim idi? Bakıda hansı dil dəbdə idi? Öz ölkəmizin paytaxtında biz necə “çuşka” olmuşduq?

Eyni siyasət daha ağır formada davam edəcəkdi...

Ermənilər bizi Qarabağı müvəqqəti işğal etməklə ayıltdı və bizi daha böyük fəlakətlərdən xilas etdi. Əslində, Azərbaycanın 20 faizini işğal edən ermənilər bizim 80 faizi təmizləməyimizə şərait yaratdılar.

İnşallah, Qarabağı qaytaracağıq, Azərbaycanın bütün ərazisini işğaldan azad edəcəyik.

Amma bu dəfə ermənilərin “kirvəliyinə” inanmayacağıq...

Tarix
2020.02.25 / 08:53
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Makronun Beyrut səfərinin sirri – Karasik açıqladı

Londonda ermənilərin Əliyevin şəklinə təxribatı... - Foto

Paşinyan niyə Tovuzda hücuma keçdi? – Fenenkodan şok

İrəvan bu savaşla Qarabağa nəzarəti itirə bilər - Zaporojski

Generalın ölümü: böyük müharibə ola bilər - Xramçixin

Ağardan şəhid polkovnikimizlə bağlı paylaşım - Foto

Zatulinin Qarabağ açıqlaması narahatlıq yaradır

Tovuzda təxribatı törədən... - Metyu Brayza

Bakı 3 tərəfdən hücum etsə... – Türk ekspert

Azərbaycan ordusunun imkanları... - Felgenhauer

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla