Yuxarı

Xalqa “məsuliyyətsiz eqoist” deyə bilməzsən

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hörmətli Rəvanə xanım, sizi şəxsən tanımasam da, hisslərimi daha səmimi ifadə edə bilməyim üçün sizə “sən” deyə müraciət etməmə izn verin...

Koronavirus yaşından, milliyətindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin həyatına təsir göstərib. Qorxu içində olan, bu xəstəliyə qarşı vuruşan, yaxınlarını itirən milyonlarla insan var.

Çaşqınlıq içində olan vətəndaşlar suallarına cavabı dövlət qurumlarında, rəsmilərdə axtarır. Vətəndaş yalnız və köməksiz olmadığını, güvənə biləcəyi hökumət və qurumlar olduğunu bilmək istəyir.

Bizim hökumət nümayəndələrindən gözləntimiz vətəndaşa dəstək olması, bizi bu mübarizədə ruhlandırması, bizə motivasiya verməsi, həvəsləndirməsidir. Özləri çox gərgin iş rejimində işləyib yorulsalar belə...

Vətəndaşın eşitmək istədiyi danlaq və təhqir deyil, təskinlikdir, ən pis halda tövsiyədir.

Təcrübə göstərir ki, nəinki xalqa münasibətdə, heç uşaqla ünsiyyətdə belə qınaq, aşağılamaq, sənin yazdığın kimi, aqresiv çalarlı tənbehlər heç bir işə yaramır. Vətəndaşı övladınmış kimi danlaya bilməzsən, Rəvanə.

Vətəndaş mövqeyindən çıxış etdiyini yazmısan, bəli, buna haqqın var. Amma söhbət əgər dəstəklədiyin futbol klubundan gedirsə.

Bu gün 10 milyonun gözü TƏBİB rəsmilərindədir.

Sən, sənin üçün çətin olsa da (postundan belə başa düşdüm), hər şeydən öncə TƏBİB rəsmisisən. Hələ söhbət indiki gərgin, çətin zamandan gedirsə.

İnsanların “məsuliyyətsiz”, “eqoist” davranışından narazısansa, bunu dəyişmək üçün sivil, intellektual vasitələrdən istifadə edə bilərsən. Həftədə bir dəfə sahə həkimləri sakinlərlə görüşə, maarifləndirici çıxışlar edə, ən azından poster və bukletlər hazırlayıb vətəndaşlara paylaya bilər. Məsələnin ciddiyətini dərk etməyən vətəndaşı təhqir etməkdənsə, ona kömək etmək, onun bu haqda daha çox məlumatlandırılmasına yardımçı olmaq olar. Bütün ictimai nəqliyyatlarda maska taxılmasını məcburi etmək olar.

Sərgilədiyi mövqeyi dəyişərsə, bunun onun və doğmalarının sağlamlığına, iqtisadi vəziyyətinə, yay istirahəti və səyahət planlarına necə müsbət təsir edəcəyini izah edərək onu ruhlandıra bilərsən.

Bizim hökumət rəsmilərindən eşitmək istədiyimiz mesaj məhz budur.

Bu mübarizədə hamımız çiyin-çiyinəyik. Bir nəfərin səhvi hər kəsin gələcəyinə təsir göstərə bilər. Belə olan halda niyə Azərbaycan xalqını məsuliyyətsiz eqoistlər və digərlərinə bölürsən?

Sən TƏBİB-in mətbuat katibi elan edildiyində bir çox gənc kimi mən də sevindim. Gənc yaşda bu cür məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələ biləcəyini düşünən insan az deyildi və deyil! Kadrların gəncləşdirilməsi siyasəti hamımızın dəstəklədiyi bir siyasətdir. Lakin kiçik bir səlahiyyət sahibi olan kimi xalqa nə tövsiyə, nə xahiş... Xalqı danlamaq, aşağılamaq, tənbehləmək cəsarətini özündə tapmağına təəssüf edirik.

Kaş Azərbaycan xalqı sənin kimi gənc kadrı bu cür səriştəsiz və kobud səhvi ilə deyil, gənc, intellektual kadr olaraq xalqa bu dar gündə yardımçı ola biləcək bir layihəsi ilə tanıyardı.

P.S. Mən də bunları jurnalist kimi yox, sadə vətəndaş kimi yazdım.

Tarix
2020.06.15 / 23:08
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin xidmətləri qiymətləndirilmir

ABŞ eksperti: Zəngəzur – İƏT-in ən strateji layihəsidir

İrəvan Zəngəzur dəhlizindən buna görə qorxur - Video

Markov: Qarabağda İrəvanın işğal etdiyi 3 növ ərazi vardı

Soçidə 3 əsas məsələ gündəmdə olacaq - Markov

Soçi görüşündən gözləntim budur – Krutakov

Terrorizm ermənilərin mentalitetindədir – İsrail eksperti

Putin İrəvana təzyiq etməlidir - Pakistanlı analitik

İrəvan nə təxribata, nə də terrora son qoyacaq - Sıtin

Putin Bakıya münasibətini rəsmən bəyan etdi - Korıbko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla