Yuxarı

Qarabağda səngərə girən “qaranquş”

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anna Akopyanın mənim yurdumda çəkdirdiyi fotolara baxdım. Diqqət etməmisinizsə, edin, qadının üzündə əzmkarlıq, cəsurluq və mərdanəlik yoxdur. Halbuki ölkəsi və xalqı üçün silaha sarılan kəsin, xüsusən də qadındırsa, üzündə fərqli bir qətiyyət olmalıdır. Yüzminlərə təsir edəcək, çağırış edəcək gücdə olan qətiyyət.

Annanın üzündə rolunu məharətlə oynamağa cəhd göstərən, amma alınmayan bir aktrisanın çabaları görünür. Məğrur görünməyə çalışır, amma alındıra bilmir. Çünki çaba göstərdiyi, göstərmək istədiyi yalandır, saxta "pərvərlik"dir.

O, həqiqətən roldadır. Və qətiyyən o “təlim”dən çəkilən fotolarda “silaha sarılmış döyüşçü” obrazını yarada bilməyib. Tamamilə əksinə, ifadə etmək istəmədiyim bir pozadadır və ikrah doğurur. Təsadüfi deyil ki, nə qədər qəribə səslənsə də, bu məsələdə ermənilər də məhz bizim kimi düşünür. Erməni mediası və sosial şəbəkələrdəki erməni seqmentinin fəalları Annanı lağa qoymaqla vəziyyətin nə qədər xoşagəlməz olduğunun fərqinə vardıqlarını gizlətmirlər. Çünki Anna da əri Nikol Paşinyan kimi, öz-özünü təkzib etməklə məşğuldur.

Paşinyan yenicə hakimiyyətə gələndə necə özünü “demokrat” kimi təqdim etməyə çalışırdısa, Anna Akopyan da sülh mesajları ilə diqqəti öz üzərində cəmləməyə cəhd edirdi. Onun Azərbaycan analarına yönəlik çıxışları yaxşı yadımızdadır. Müharibənin əleyhinə guya çağırış edən, sülh üçün Azərbaycan qadınlarından dəstək istəyən bu “ana” az sonra oğlunu Azərbaycan torpaqlarına - Qarabağa “hərbi xidmət”ə göndərdi. “Sülh göyərçini”, daha doğrusu, “sülh qaranquşu” maskası biabırçı şəkildə cırıldı. Yəni “sülh” söhbəti bağlandı, yerdə qaldı “qaranquş”. Qaranquşun köçəri quş olması isə heç kəsə sirr deyil. Gəldiyi kimi uçub getməyi də var. Mən əminəm ki, Qarabağdakı quşlar da tezliklə necə gəlmişdilərsə, eləcə uçub “isti” ölkələrə gedəcəklər.

Amma bu “isti” ölkə heç də Ermənistan deyil. Ermənistanın böyük mənada qışı çoxdan gəlib…

Tarix
2020.09.04 / 21:52
Müəllif
Aynur Camalqızı
Şərhlər
Digər xəbərlər

Xankəndidə yaşanan mistika və Əliyevin eyhamı...

Bu gün Xankəndi Paradına Onlar da qatılacaq…

“Xocalı alınsın...” Niyə belə qarğımışdın, Qənirə?

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir!

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Mehriban xanımın Laçında dediyi bu söz...

Ad gününü Laçın Gününə qatan Xanım…

Rasim Balayev nəyi “səhv” etdi ki…

Əliyevi əcnəbi jurnalistlərə sevdirən səbəb…

İlham Əliyev bu günü yaddaşımızdan sildi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla