Yuxarı

Azərbaycanın ən mühüm silahı…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bugünlərdə Hacıqabula səfəri, səfər çərçivəsində AzTV-yə verdiyi müsahibə yalnız Hacıqabulda, hətta yalnız respbulikada həyata keçirilən sosial-iqtisadi siyasətlə bağlı deyil, aid olduğumuz regionda baş verən və gözlənilənlərə dair təsbitlərlə xüsusi aktuallıq kəsb edir.

Sosial-iqtisadi siyasətə vurğu edilincə ilk sırada qeyri-neft sektorunun inkişafına xidmət edən dövlət təşəbbüsləri qeyd olunmalıdır. Bu sahədə müvafiq dövlət proqramları qəbul edilib, onlar ardıcıllıqla yerinə yetirilib. Vaxtilə qəbul olunmuş “Regionların sosial-iqtisadi inkişafı” proqramı uğurla icra edilməkdədir. Bu önəmli proqram içində Hacıqabulda da böyük işlər görülüb. Məsələn, mədəniyyət, təhsil, sağlıq obyektləri tikilib və yaxud əsaslı təmir edilib. Hacıqabulun kənd yollarının 75 faizi yenidən çəkilib. Mədəniyyət obyektləri qədər infrasturuktur yenilənmələri də özlüyündə bir mədəniyyət hadisəsidir. Ümummilli liderin sözləri ilə desək, “Yol – iqtisadiyyat, mədəniyət, bir sözlə, həyat deməkdir”. Bu sırada, rayonda qazlaşdırmanın səviyyəsinin 100 faizə çatdırıldığını da deməliyik. Elektrik enerjisi təchizatı da xeyli yaxşılaşdırılıb; dövlət başçısının səfərində yeni yarımstansiyanın açılışı bunun daha bir göstərcisidir. Qaz, elektrik, yol, yeni obyektlər... – bunlar hamısı vətəndaşımıza xidmət üçündür.

Dövlətin bütün təşəbbüslərinin mərkəzində duran əsas amil insan və onun sosial rifahıdır. Bütün görülən işlər insanlar üçün gözəl şərait yaratmağa xidmət edir. İnsanların yaşayış səviyyəsi yaxşı olmasa, məsələn, mədəniyyət obyektində konsertdən, teatrda tamaşadan və s. necə zövq alar, parkda necə istirahət edər?

Prezidentin səfəri çərçivəsində açılışı olan obyektlər bölgənin gələcək iqtisadi potensialını böyük dərəcədə gücləndirəcəkdir. Bu planda biznes üçün, yatırımlar üçün münbit ortamın yaxşılaşdığını da deməliyik.

Yəni qeyri-neft sektorunun inkişafı üçün ölkəmizdə yeni imkanlar yaradılır. Respublikada kənd təsərrüfatı sahəsində aparılan islahatlar dayanmadan şaxələnir. Ümumən iqtisadiyyatın şaxələndirilməsi kursunun tərkib hissəsi, yaxud o kursun davamı kimi, kənd təsərrüfatının şaxələndirilməsi kursu özünə diqqət tələb edir.

Böyük aqroparkların yaradılmasının əsas məqsədi nədir?

Əlbəttə, dövlət üçün strateji mahiyyət daşıyan əhalinin ərzaq təhlükəsizliyinin təminatı özü çox önəmli və ilkin məqsəddir. Çağdaş Aqropark – kənd təsərrüfatına yeni mədəni baxış deməkdir. Nəinki böyük aqroparklar, eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işləri də xatıraladaraq, bu iki istiqamət üzrə kənd təsərrüfatının inkişaf etdiyini məmnuniyyətlə deməliyik.

Etiraf edək, respublikamızın harasında yerləşməsindən asılı olmayaraq, hər bir rayonumuzda icra edilən böyük layihələr, yeni iş yerlərinin açılması, məhsul bolluğu, yerli mütəxəssislərin səmərləşdirici təklifləri, o təkliflərin tətbiqi və s. özlüyündə Qarabağın abadlığına da xidmət edir. Ümummilli liderin sözüdür: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. 27 sentyabr 2020-ci ilədək olan dövrdə iqtisadiyyatda əldə etdiyimiz nəticələr 44 gün içində öz sözünü dedi, bugün də öz nəticələri ilə əhalimizə xidmət edir. Bununla belə, indi “Dörd Lüksemburq boyda ərazini biz sıfırdan tikməliyik, qurmalıyıq. Çünki mənfur düşmən torpaqlarda hər şeyi, bütün binaları dağıdıb” (Prezident İlham Əliyev) .

Beləliklə, ərazilərin bərpası və inkişafı ümummilli məsələdir və bu işlər planlı şəkildə aparılır. Bu planın icrasında dövlətimizin gücünə güc qatmalıyıq. Dövlətimizin gücü hər bir vətəndaşımızın, hər ailənin, kəndimizin, rayonumuzun, şəhərimizin... gücü ilə daha da zənginləşir. Dövlət-xalq birliyi müharibədə qələbəmizi təmin etdiyi kimi, ərazilərin bərpa-quruculuq işində də öz sözünü deyəcəkdir.

Dövlət öz üzərində düşən missiyanı təxirə salmadan – sürət və keyfiyyəti bir arada tutaraq icra etməkdədir.

İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrası davam edir. Cənab Prezidentin Hacıqabulda bildirdiyi kimi, azad edilmiş ərazinin elektrik təchizatı bu ilin sonuna qədər başa çatacaq.

Ərazilərin yenidən qurulmasında əsas infrastruktur işlərindən biri, demək olar, birincisi, yollarla bağlıdır. Yol infrastrukturunun inkişafı yalnız Qarabağla sınırlı olmayıb, öz nəticələri ilə respublikamızın, bütövlükdə regionun simasını dəyişəcək, bir sıra önəmli imkanlar yaradacaqdır: “Azad olunmuş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və artıq cədvəl üzrə işlər gedir”.

Əlbəttə, Zəngəzur indi yalnız Zəngilandan, Naxçıvandan görünmür, Hacıqabuldan da görünür, Tovuzdan, Xaçmazdan, Balakəndən, Lənkərandan da... Necə deyərlər, bütün yollar Zəngəzura aparır...

Və Qarabağımızda daha öncələr olmamış yerlərdə, daha öncələr olmamış say və miqyasda hava limanları tikiləcək. Qarabağ torpaq yolu, dəmir yolu, hava yolu ilə, bunlardan daha artıq önəm daşıyan Ürək Yolu ilə canlanacaq, inkişaf edəcək: sürətlə, keyfiyyətlə, ürəklə! Necə də gözəl səslənir: Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan hava limanı, Laçın hava limanı! Laçınımızda heç dəmir yolu olmamışdı, indi hava limanı olacaq!

Bütün bunlar misli görünməmiş erməni vəhşiliklərindən sonra misli görünməmiş Azərbaycan şahlanışıdır! Onlar onların olmayan torpaqlarda ancaq dağıtmaqla, yalnız yaşayış evlərini deyil, qəbiristanlıqları belə viran etməklə, yerin altını-üstünə, üstünü altına çevirməklə məşğul oldu – bu bəşəri cinayətdir, müharibə cinayətlərinin xüsusi halıdır. Bizim quruculuq, abadlıq işlərimizsə torpağın əsl sahiblərinin ürək işidir, yaraları sarımaq işidir, gələcəyə baxmaq işidir, böyük gələcəyin inşasıdır! Qarabağ daha heç vaxt işğalda olmayacaq; Ermənistan bir daha başını qaldıra bilməyəcək, gözü qıpıq qalacaq. Yox əgər gözüqpıqılıqdan qurtulmaq istəyindədirsə, zəhmət çəkib, “əvəzçıxma“ hoqqalarında deyil, əsl qonşuluq, ədalətli sülh quruculuğunda, Zəngəzur dəhlizinin açılmasında səmimi iştirakla özünü sübut etsin. Buyursun, mina xəritələrini versin, Azərbaycandan rəsmi üzr istəsin, Azərbaycana vurduğu ziyanın ödənişinə dair öhdəlik götürsün. Əgər bunu daha tez, beynəlxalq mexanizmlər işə düşmədən, əlavə zaman və insan itkisi olmadan edərsə, bu, Ermənistanın özü üçün xeyir kəsb edər. Yoxsa, Azərbaycanın Dəmir Yumruğu da yerindədir, məhkəmələrdə təzminat davamız da işlənir və mütləq zəfər bizimdir.

Azərbaycan dövləti milli maraqlarımızın təmin olunmasını bütün məsələlərdə mütləq prioritet olaraq qəbul edib və bu, hər bir vətəndaşımızın qürurudur! Milli qürur özü bir silahdır – psixoloji mahiyyət kəsb edir, inam aşılayır, hər birimizi yeni işlərə qanadlandırır.

Dövlətimiz var olsun!

Tarix
2021.04.26 / 13:09
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla