Yuxarı

Bu, bardağı daşıran son damla oldu

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Qarabağ Müharibəsi bizim qürur, şərəf-şan tariximizdir. Döyüş meydanında əldə etdiyimiz tarixi Zəfər nəsildən-nəsilə danışılacaq, dastanlaşacaq, əbədiyyət qazanacaq.

Silahlı Qüvvələrimiz 44 gün içində, güclü mövqelərə, çoxsaylı müasir texnikaya malik, illərlə təlim görmüş düşmən ordusunu darmadağın edərək, 30 illik ağır işğalın intiqamını aldı. Düşmən torpaqlarımızdan haqq etdiyi şəkildə qovuldu – əliqanlı faşistləri, terrorçuları iti qovan kimi qovduq; Qarabağa ədalət Günəşi doğdu, haqq-hüquq bərpa olundu. Azərbaycan dövləti bu gün qalib dövlətdir, müzəffər xalqımız öz ərazilərini yenidən dirçəldir, Qarabağa insanlıq, mədəniyyət, qaynar həyat qayıdır!

Bəli, bir il bundan öncə (27 sentyabr 2020-ci ildə) Ermənistan Azərbaycana qarşı növbəti hərbi (hərbi-psixoloji) təxribat törədərək, döyüş mövqelərimizi, yaşayış yerlərimizi atəşə tutdu. Bu saymazyana təxribat Ermənistanın işğalı altında olan ərazilərimizdən həyata keçirilirdi. Namərdcə açılmış atəşin ilk saatlarında mülki şəxslərimiz, hərbçilərimiz həlak oldu. Bu, bardağı daşıran son damlaydı. Düşmənin növbəti qanlı cinayətinə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı əks-hücum əməliyyatının başlanılmasına dair tarixi qərar qəbul olundu. 44 gün davam edən II Qarabağ Müharibəsində şanlı Azərbaycan Ordusu, bütövlükdə dövlətimiz, xalqımız tarixi Zəfər qazandı!

Şəhidlərimizin əziz ruhuna ömür boyu minnətdarıq!

Silahlı Qüvvələrimiz şəhidlərimizin qanını aldı. Biz şəhidlərimizin intiqamını adımıza, şanımıza yaraşan şəkildə, ləyaqətlə döyüşərək aldıq. Məhz döyüş meydanında düşmənə dərs verən bizlərdən fərqli olaraq, düşmən öz bədnam ənənəsinə sadiq qalaraq, mülki əhalini hədəf aldı, Gəncəni, Bərdəni... raket atəşinə tutdu. Biz Gəncə, Bərdə, Goranboy, Naftalan və Tərtərə atılan raketlərin cavabını da döyüş meydanında verdik.

Müharibədə də, sülhdə də qızıl ləyaqət göstərən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Hərbçilərimizin qəhrəmanlığı, fədakarlığı dillər əzbəridir. Biz şəhidlərimizin ruhunu bundan sonra da əziz tutacaq, adlarını əbədiləşdirəcək, onların adını daşıyacaq meydanlarda, prospekt və küçələrdə qürurla, minnətdarlıqla xeyirxah işlərə yürüyəcəyik. Qəhrəman şəhidlərimizin adını daşıyan məktəblərdə, müəssisələrdə daha məsuliyyətlə çalışacaq, daha yaxşı nəticələr uğrunda xoşməramlı mübarizə aparacağıq. Bütün bu və bənzəri addımlar, hərəkətlər hər ilin 27 sentyabr günü bir başqa cür çiçəkləyəyib, bir başqa cür təcalla edəcək: hesabat verəcək, duyğulanacaq, yeni zəfərlərə qanadlanacağıq.

Bu yerdə şükranlıq duyğuları ilə vurğulamaq istərdim ki, xarici ölkələrdə yaşayan milyonlarla azərbaycanlının da ürəyi doğma Vətənlə bir döyünürdü. Onlar hər gün Vətəndən xəbərdar olur, döyüşləri izləyir və ordumuzun uğurlarına sevinirdi.

Artıq növbəti anım günlərimizdə Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyimiz olacaq, paytaxtımızın ən gözəl yerində II Qarabağ Müharibəsi qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaqdır; bizlər də o əziz ünvanları ziyarət edəcək, and içəcək, uğurlaşacağıq!

Anım günündə respublikamızın hər yerində qədirbilən xalqımızın Şəhidlər xiyabanlarına axın etməsi kədərimzi azaldır, fəxarətimizi, qürurumuzu artırır.

“O da ulu, bu da ulu:

Azərbaycan - Türkiyə”

44 günlük müharibə Türkiyə-Azərbaycan birliyini dünyaya bir daha və çox parlaq şəkildə göstərdi. O məsuliyyətli, çətin və həyəcanlı günlərdə bizə ən böyük dəstək verən ölkə qardaş Türkiyə oldu. Qardaş dövlət, qardaş xalq mühari­bənin ilk saatlarından Azərbaycanla həmrəy oldu, Azərbaycana misilsiz dəstək göstərdi. Qardaş ölkənin dövlət rəhbərliyi, millət vəkilləri, siyasi partiyaları, vətəndaş cəmiyyəti institutları, nüfuzlu ziyalıları, sənətçiləri tərəfindən verilən açıqlamalar bizə böyük siyasi, mənəvi dəstək oldu, gücümüzə güc, inamımıza inam qatdı.

Qardaş Pakistanın, bir sıra başqa dost-qardaş ölkələrin, eləcə də, ortaq türk qurumlarının, Qoşulmama Hərəkatının dəstək bəyanatları da unudulmazdır, dəyərlidir, əlbəttə!

Necə deyərlər, “Heç nə ununulmur, heç kim yaddan çıxmır”!

Vədlərinə sadiq Ali Baş Komandan

“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”. – Bu sözlər Müzəffər Ali Baş Komandanımızın Anım Günü münasibəti ilə xalqa müraciətindəndir. Doğrusu, mən də bu yazımı həmin müraciətin motivləri əsasında yazmışam. Elə bilirəm ki, Prezidentin xalqa müraciətlərinin hamısı toplanıb, ayrıca bir kitab şəklində nəşr olunmalı, öyrənilməli, öyrədilməlidir.

O həyəcanlı, məsuliyyətli 44 gün içində Müzəffər Ordumuz hər gün, təkrar edirəm, hər gün irəli gedirdi – ancaq irəli! Mürəkkəb relyefdə, uzun illər boyu möhkəmlənmiş, neçə qat müdafiə xətti yaratmış azğın və arxalı düşmənə qarşı əks-hücumda hər gün irəli getmək, hər gün qələbə qazanmaq unikal hadisədir.

Qədirbilən xalqımız, vətəncanlı, dövlətcanlı xalqımız öz ordusunun, dövlətinin arxasında möhkəm dayanmışdı. Dövlət-xalq birliyinin təntənəsi qarşısında heç nə və heç kim duruşa gətirə bilmədi! Xalqımızın mətanəti, Ali Baş Komandanmızın siyasi iradəsi xarüqələr yaratdı!

Bütün şəhidlərimizlə, qazilərimizlə, Vətən uğrunda döyüşlərdə fədakarlıq göstərmiş hərbçilərimizlə, könüllülərimizlə fəxr edirik, onların xidmətlərini unutmadıq, unutmuruq, heç vaxt da unutmayacağıq!

Revanşizmmi?

Uğursuz dövlətin, məğlub ölkənin və 10 min fərariyə malik “qəhrəman” erməni ordusunun revanşizm cəhdləri gülüş doğurur. İşğalçılıq siyasəti öz başında çatlamış düşmən hansı mənəvi-psixoloji ovqatla, hansı iqtisadiyyatla, hansı əlverişli mövqelərlə revanş peşindədir? Belə ağılsız cəhdlər Ermənistanın olan-qalan dövlətçiliyinin də sonu olar: “Əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilməlidir”.

Milli birlik və ümumxalq ehtiramının təcəssümü

27 sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş hərbçilərimizə, qətlə yetirilmiş mülki vətəndaşlara, itkin düşmüş soydaşlarımıza xəlqi ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə unudulmaz yürüş təşkil olundu. Ümumən anım Gününün proqramı, tədbirlərin tərtibatı mükəmməldir – şəhidlərimizin, xalqımızın, dövlətimizin adına layiqdi!

Dövlətimiz var olsun!

Tarix
2021.09.29 / 21:52
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla