Yuxarı

Biz onu çox gözləmiş, ona inanmışdıq

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəfər Günümüz yetişdi. Zəfər! - Biz onu çox gözləmiş, ona çox həsrət çəkmiş və çox inanmışdıq! İnam olmasaydı və yalnız ümid, arzu kateqoriyasında hiss-həyəcana, gözləntiyə sahib olsaydıq, Zəfər mümkün ola bilərdimi? İnam heç bir maneəyə, keçilməz deyilən "Ohonyan xətti"nə, dağılmaz deyilən bunkerlərə, bilinməz sanılan tunellərə... baxmayaraq, bizi irəli apardı. O irəlidə Şuşa vardı: "Şuşasız bizim işimiz yarımçıq qalar"dı...

Şuşa Qarabağın simvol şəhəridir. Şuşayadək olan əraziləri azad etməyimizlə müəyyən dərəcədə barışan, nəhayətdə etiraf edən işğalçı tərəf, zənn edirdi ki, "dağlarda toy" çaldıqları inci şəhəri əldən verməzlər. İşğalçı tərəf, haqsız tərəf əlbəttə qorxaq olur; qorxduğu üçün hər cür zalımlıqlar edir və himayədarlarına arxalanır; görünür, işğalçı Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycan Ali Baş Komandanının prinsipiallığını, siyasi iradəsini düzgün qiymətləndirə bilməmişdi.

Qarabağın işğalına göz yuman, işğalçı ilə işğala məruz qalan tərəfi bir tutan ikili standartlar dünyası ilə barışmayan güclü, ədalətli Türkiyə kimi bir qonşumuzun olduğunu da dərindən dəyərləndirə bilməmişdi Ermənistan. Və o, güclü, ədalətli qonşu bizim özbəöz qardaşımızdı! - Bizi tək qoymadı, ilk gündən öz mənəvi, siyasi dəstəyini göstərdi.

Düşmənlər dövlət-xalq birliyimizin təntənəsini də təsəvvür etmirdi. İşğalçılıq siyasəti (daha doğrusu, praktikası), uzun surən haqsızlıq, ədalətsizlik erməni idarəçilərinin, dünya erməniliyinin ağlını sıfırlamışdı sanki. Hər kəs onlara borcludur, onlar ən qədim mədəniyyətə sahibdir, onlar yenilməzdir, "beynəlxalq birlik "xristian Ermənistan"ın haqsızlığını "müsəlman Azərbaycan"ın haqqından üstün tutmaqda davam etməlidir" və s. sərsəmləmələr... Lakin unutdular ki, "dünya beşdən böyükdür"; anlamadılar ki, haqq nazilər, üzülməz; qəbul etmədilər ki, üz-üzə qaldıqları dövlət Qafqazın ən aparıcı dövlətidir.

Və Qafqazın ən aparıcı ölkəsi titulunu bizimçün təmin edən güclü orduya, vətənpərvər gəncliyə, xalqına candan bağlı dövlət başçısına malikik.

Əlbəttə, Qafqazın ən aparıcı dövləti olmaq, gərgin əmək, düşünülmüş iqtisadi-siyasi fəaliyyət və məqsədyönlü ordu quruculuğu sayəsində mümkün olmuşdu. Bu isə tarixi məqam yetişincə saat mexanizmi kimi işə düşən, Zəfərə aparan qarşısıalınmaz ümumxalq hərəkatına çevriləcəkdi... Çevrildi də!

Bu anlamlı gündə şəhidlərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyir, qazilərimizə şəfa, müharibənin bütün iştirakçılarına möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm!

Bizim işimiz haqq işi olub, haqq işidir və biz Zəfərimizi yeni uğurlarla taclandıracağıq!

Dövlətimiz var olsun!

Tarix
2021.11.08 / 12:27
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla