Yuxarı

Hülya Avşar və Rəqsanənin sinəsi

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hülya Avşar və Rəqsanənin sinəsi

1999-cu ildə Türkiyədə dəhşətli zəlzələ olanda qonşu Gülüstan nənə demişdi ki, türklər Allahın lənətinə tuş gəldi. Arvad zəlzələ nəticəsində küçəyə səpələnmiş yarıçılpaq meyitləri gördüyü gündən Hülya Avşara lənət oxuyurdu. Deyirdi, o göygöz ləçər evini yıxdı Türkiyənin. Camaatı pozdu, Allah da daş tökdü başlarına.

O vaxtlar dünyanın 2002-də dağılacağı haqda xəbərlər də dolaşırdı. Gülüstan nənə tutdurmuşdu ki, hamısı o Hülya Avşara görədir, türklər pozğunluq edir, Allahın da qəzəbi tutur.

Gülüstan abır-ismətini qoruyan, kişi xeylağının yanında yaşmaqlanan qadın idi. Ona görə də Hülyanın çılpaq fotoları, filmləri ona öz təbirincə desək, çöçün gəlirdi. Bizi qoymurdu baxmağa, üstümüzə çımxırırdı:

"Ədə, gözünü tut, baxma o südü haram ləçərə".

İndi Gülüstan nənənin Hülya Avşar haqqında nə düşündüyünü bilmirəm. Amma bildiyim bir şey var: onun əxlaqsız adlandırdığı Hülya Avşar bu gün gənc istedadların üzə çıxmasında böyük rol oynayır, kasıblara əl tutur, müxtəlif intellektual yarışmalarda münsiflik edir. Gülüstan nənə isə evdə oturub bütün gün Mikayılın, Rövşanənin verilişinə baxır.

Yadıma gəlir, Mikayıl bəy verilişlərin birində telekanala sms yazanlara üzünü tutub demişdi ki, bundan sonra sinəmə söyüş yazıb vuracam, dincələcəksiniz. Yəni küçə qaqaşları kimi demək istəmişdi ki, söyüş qoyacam sizə. Bunları da gördük: alnına döyüş yazılan bir toplumun sinəsinə söyüş yazıldı.

Cəmiyyətin getdikcə Mikayıl Müşfiqdən "Sevimli şou" Mikayıla keçməsi bu il qəbul imtahanlarında özünü daha aydın göstərdi. Acı nəticələr bir yana, ölkədə 93 balla universitetə qəbul olmaq istəyənlər də oldu. Hamımıza məlum olduğu kimi, həqiqətən də belə aşağı ballarla özəl universitetlərdə oxuyanlar var. Reallıq budur ki, 93 balla tələbə olan şəxs sabah sənə 93-cü ildən qalma dərmanlar satacaq, iynələr vuracaq.

İndi Hülya Avşarın münsif olduğu verilişlə bizim telekanallarda yayımlanan bəzi verilişləri müqayisə etdikdə ortaya acı mənzərə çıxır. Hülya Avşar savadlı, istedadlı gəncləri ortaya çıxardığı təqdirdə mikayılkimilər, rövşanəkimilər cəmiyyətin bayağılaşmasına zəmin yaradır.

Ona görədir də insanlarımız burnunun dibindəki xəstəxanaları qoya-qoya müalicə üçün xərc çəkib Türkiyəyə gedir. Valideynlər övladlarını türk liseylərinə təhsil almağa göndərir.

Verilişdə atası yaşda ağsaqqalın sözünü kəsən Rövşanənin övladlarımıza hansı etik və əxlaq normaları aşılaması sual altındadır. Bu gün ədəbiyyatla mədəniyyətin digər sahələri arasında böyük uçurum yaranıb. Məsələn, hansısa aparıcı, müğənni, aktyor veriliş zamanı yazıçı ilə polemikaya girəndə gülünc duruma düşür, dili topuq vurur. Çünki savadsız və təfəkkürsüzdür. Bütün düşüncələri şouya hesablanıb, kitab oxumur.

Türkiyə şou-biznesi forma və məzmun etibarilə özünü elit səviyyədə saxlayıb. Ona görə də Nobel mükafatlı yazıçı Orxan Pamuk "Qara kitab" romanında Türkan Şorayın sözlərini epiqraf kimi verib. Bu, artıq iki nəhəng mədəniyyətin toqquşmasıdır. Çünki Türkan Şoray Orxan Pamuku verilişə çağırıb "Vaay, bu nə şeirdir, ayıbdır" deyib efirdən qovmur.

Ümumiyyətlə, bizim cəmiyyətin təfəkküründə hələ də əxlaq, mənəviyyat anlayışı digər qatlarını tapmayıb. Məsələn, Rəqsanənin efirdə sinəsini açıb ortaya qoyması əxlaqsızlıq deyil. Ancaq onun qızının "Ayda paltara 60 min xərcləyirəm" deməsi ən böyük əxlaqsızlıq və mənəviyyatsızlıqdır. O qızın 60 minlik çıxışının nəticəsi nə oldu? Heç nə, səhəri gün anası başqa bir səbəbdən 300 min dollar cərimələndi. Bax, burda da Azərbaycan müdriklərinin sözü yerinə düşür: qızını döyməyən dizinə döyər. Bu tip müğənnilər gənclərin, məktəblilərin zövqünün formalaşmasında təəssüf ki, rol oynayır. Rəqsanənin qızı ilə bəhsə girən gənc xanımlar imtahanda daha yüksək bal toplamağa yox, daha bahalı paltara meyil edirlər.

Bir vaxtlar Hülya Avşara bənzəmək istəyənlərin indi Rəqsanənin qızı ilə bəhs girməsi gəlib çatdığımız yerin necə bir bataqlıq olduğunu çox açıq şəkildə göstərir.

Tarix
2015.09.08 / 08:45
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla