Yuxarı

Bu bizi əxlaqsızlığa aparacaq

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu bizi əxlaqsızlığa aparacaq

Aysel Zahidqızı

ANS-in aparıcısı, xüsusi olaraq "Axar.az" üçün

Hər şeyi yenidən başlasaq, nə dəyişər?

O dediyimiz kimdir ki? Hər kəsin qorxduğu, ehtiyat edib pis əməllərdən çəkindiyi biri... Yoxsa sadəcə, içimizdə hər bir kəsin özünə uyğun yaşatdığı bir inamdır?

Bəzən insan hər şeyi yenidən başlamaq istəyir. Amma bu mümkündürmü? Yenidən dünyaya gəlmədən, hər şeyi yeniləmək nə qədər realdır? Lazımdırmı bu mənə? Bu suallar içində çox vaxt boğuluram. Bəs bu yaşa qədər qazandıqlarım? İtirdiklərim? Hamısı hədər idimi? Nəyə görə insan axtardığı sualara cavab tapa bilməyəndə özünü çıxılmaz vəziyyətdə hesab edir və yenidən başlamaq istəyir hər şeyə?..

Özümü bəzən o qədər çarəsiz hesab edirəm ki...

Bizim bu həyatdan istədiyimiz yəqin çoxdur... Amma mümkün olmayanı bizi yaradanın bizə göstərib də verməməsinin səbəbi nədir ki? Özümüzü layiq bilirik hər şeyə - ən yaxşı şeylərə. Ozümüz özümüzü layiq bilirik... Amma yəqin, O bizi layiq bilmir. O - dediyimiz kimdir ki? Hər kəsin qorxduğu, ehtiyat edib pis əməllərdən çəkindiyi biri; Yoxsa sadəcə, içimizdə hər bir kəsin özünəuyğun yaşatdığı bir inamdır?

Yaşadığımız hisslər günahdırmı?

Əgər hansısa hisslər günahdırsa, o zaman bizi yaradan niyə bizə o hissləri hiss etməyə icazə verir? Bəlkə də bunlar olmasa, həyat çox sadə olardı. Yox! Bəlkə də bu qədər düşündürücü olmazdı... Lazımdırmı bu qədər baş sındıraq? Hər şeyin bir sadə cavabı yoxdurmu? Həyat sənindir, nə istəyirsən et, necə istəyirsən et?! Belə düşünmək azadlıqdır? Nə istəyirsən etmək nə vaxtdan azadlıq olub? Belə azadlıq bizi hara aparacaq? Bu ölkədə ancaq əxlaqsızlığa...

Nə edə bilərik, düşüncə tərzimiz belədir... Təəssüf etmirəm... Çox vaxt bu millətin bir nümayəndəsi olduğuma görə xəcalət çəkirəm. Əslində, belə düşünməklə yaxamı kənara çəkirəm. Mən də bu millətin bir nümayəndəsi deyiləmmi?!

Çətinləşdiririk hər şeyi... Hər şeydə bir məntiq axtarırıq. Əslində, çox şey elə göründüyü kimi sadədir.

Niyə gözümüz doymur?

Nədi bizi qane etməyən: Şərait? İnsanlar? Qanunlar?

Nəyimiz çatmır?

Bu sualı özümüzə versək, nə qədər adam cavab tapa bilər? Özümüzü qane edən cavab... Hər şeydən narazıyıq, həmçinin narazı olduğumuz şeyləri bəyənirik...

TV-lərdə gedən verilişləri qınayırıq... Bəs səviyyəsiz adlandırdığımız verilişlərə baxıb, kiminsə yaxınının tapılmasına sevinən və ya qohumunu itirənin halına acıyıb-ağlayan biz deyilikmi?

Küçələr zibil əlindən biabırçı günündədi. Bəs hər addımbaşı yerə tüpürüb, hövsələsizlik edib, zibili yerə atan biz deyilimi? Deyəcəksiz ki, mən deyiləm, odu...

Yaxamızı çəkirik kənara...

Korlanırıq... Unuduruq...

Utanıram...

Hər gün bir tamaşaya baxmaqdan və aktyorların məni gic yerinə qoyub, başımı sanki ustalıqla aldatdıqlarını düşündüklərinə görə utanıram... Özüm özümdən utanıram... Öz vücudumu, beynimi bu mühitlə üzləşməyə məcbur qoyduğum uçun utanıram.

Tarix
2014.01.22 / 13:51
Müəllif
Aysel Zahidqızı
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla