Yuxarı

Rafiq Tağı qəbri üstə udqunduğum şəhər…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rafiq Tağı qəbri üstə udqunduğum şəhər…

"Axar.az" Güneyli şairimiz Sayman Aruzun yeni şeirlərini təqdim edir.

Rafiq Tağı qəbri üstə udqunduğum şəhər…

Yollar səna yaxınlaşır,

Amma xoruzlar banlamır.

Bizim sevgimizi gülüm,

Polis maşınlar anlamır!

Anlamır, dustaq olursan,

Qəfəsdə gül böyütməyə...

Anlamır, torpaq olursan,

Bir dəstə gül böyütməyə...

Küçələrdən ev küncünə,

Sürgün olmuş adamlarıq.

Anlamırlar, qəbirlərin

İki ölmüş adamlarıq.

Anlamırlar, yorulmuşuq,

Qəlbi qırıq kafelərdən.

Ayrılıqdan vaxtın olsa,

Yolunu sal bizə hərdən!

Sənlə mənim görüşümüz...

Sahil bağının kədəri...

Rafiq Tağı qəbri üstə

Udqunduğum bu şəhəri...

Sevgi şeiri umma, mənə,

Həyat işkəncə yeridir!

Uzaqdan bir qatar gəlir,

İntiharın lap yeridir...

Biz sovrulmuş arzularıq,

Yarımçıqlar hekayəsi.

Dini kitabların mütləq

Bizdən vardır bir ayəsi...

Bir qarış torpaq ver, yıxılıb ölək

Allahım, darısqal evlərimizdə,

Az qalır qəbir tək sıxılıb ölək.

Torpaq ki, vermədin vətən salmağa,

Bir qarış torpaq ver, yıxılıb ölək.

Yenə oturmuşuq, sigaret və mən...

Bu rəngli şəhərin adı paytaxtdır.

Yorğunam bir qurdun tənhalığı tək,

"Allahım qoyunlar necə xoşbəxtdir"!

Hər şeyi bilirsən, amma Tanrıcan,

Heç kim olduğumçün məni bilmədin!

Qəlbimdə qəzəb var, gözümdə araq,

Yazıq, sən heç gecə yata bilmədin...

Mənim kimilərin nəslin kəsiblər,

Sənin göndərdiyin molla "mələklər"!

Bütün bu yolların sonunda "heç" var,

Gedənlər bir daha gəlməyəcəklər!

Fantanlar bağında, Qız qalasında

Təbrizi düşünmək, maraqlı işdir...

Bu yetmiş metrəlik bayrağın altda

Vətənsiz üşünmək, maraqlı işdir...

Bizim payımıza söyüş yazıblar,

Bir qurup "ziyalı", yəni avara!

Bir ovuc vətəni olmayan quşlar

Bir ovuc dən üçün, qonar divara...

O qədər satdı ki, kişinin oğlu,

And içmək istədi, torpaq tapmadı.

Tanrı yuxarıdan üç alma atdı

Səni düşünürdü, heç nə qapmadı...

Bir şeylər vardı ki, sən anlamadan

Anlına yazılır və səni seçir...

Görsən küçənizdə polis dayanıb

Bil ki, ürəyindən azadlıq keçir.

Qara il

Nə qara ili,

Nə qara yeli,

Nə qara yelkəni,

Nə sənin gözlərindən axan qaranı,

Nə mənim ürəyimdən axmayan yaranı,

Nə sənin öldüyün Oranı,

Nə mənim yaşamadığım buranı,

Nə qara vətən,

Nə qara müharibə,

-Qaranlığı istəmirəm

Azadlığa bürünsədə!

Nə qara ümid,

Nə qara imdad,

Nə qara qapı,

Nə qara pəncərə.

Dartılmış,

Darısqal,

Uzun-uzun yolları,

Qara örtüklərilə!

Nə qara qəpik,

Nə qara bilərzik,

Nə önümdə dayanan bu utanqac döyüşçülər,

Azadlığı bağıran,

Azadlığı bağlayan.

Kövrəlmiş,

Arığ,

Kölə qizcığazları,

Qara örtüklərilə!

Nə qara sevgi,

Nə qara səadət,

Biz,

Ayı əritməyə getdik bulutlardan,

Və günəş çıxacaydı deyə,

Əridik!

- Dənizi axtaranlar

Odu qarşılayırlar

Və küçənin ürəyi soyusun deyə

Ölürər!

Və həyat məndə böyüyür,

həyat məndə böyüyür,

həyat məndə böyüyür!

Sabir Rüstəmxanlıya ithaf:

Sonunda bir şəkil olacağıq uzağı,

Azərbaycan Yazıçılar Birliyinin divarında

Və ya vətəndən azmışam, bir küsgünün dodağında.

Nisgil-nisgil səslənəcəyik.

Görəcəyik, amma dinə bilməyəcəyik,

Baxacağıq, amma ağlaya bilməyəcəyik,

Huyuxlana-huyuxlana divarların üstündə közərəcəyik!

"A" hərfinə uduzacağıq,

Azadlığa,

Araza,

Azərbaycana uduzacağıq!

Bu "kabinet siyasətçiləri" nin,

Bu "teknokravatlar" ın

Bu "demomillətsizlər" in içində qəhrəman yaşamaq,

Bu Arazı mikrofon arxasında bağıranların önündə,

Səməd* kimi boğulmaq

Və müştəbeh kölgələrin içində öz qatilini axtarmaq kimi, Yaşamaqdır bizimki.

Diktatora de: bizi öldürməyə gəlməsin,

Ölüyə ölüm fətvası kimi bir şeydir həyatımız.

Internetin bütün səhifələrində axtarışdadır adımız,

Tarix kitablarındaki bütün satılanlar bizik.

Elmin hələ çözə bilmədiyi formullar,

Fəlsəfənin hələ ayağı dəymədiyi yollar...

Bu "liberal yarımçıqlar",

Bizi necə başa düşə bilərlər?!

Bu dünən solçu, bu gün millətçilər,

Bu tamada qarınlar, bu "toylar mollaları"

Bu Amerika əmcəyində süd əmənlər,

Vətəndaş ovuna çıxmış ingiltərəli hörümçəklər..

Vətənsizliyin qorxusundan,

Vətəni çiynimdə daşıdım.

Sayları çox idi, sayımız az.

Sevincimiz iynə qədər,

Biraz,

Biraz.

Nə edə bilərdik qaranlığa?

Sığına bildiyimiz adamlar az,

Olanlarsa bir az soyuq, bir az dayaz!

Tarix
2014.01.26 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Asiya Çempionlar Liqasının qalibi bəlli oldu

Fransa PUA-lara görə "Rafale"ni təkmilləşdirir

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Şərif Pezeşkianla danışdı: Bir daha təsdiq etdim ki...

Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video

Speys TV fəaliyyətini dayandırır

Fransa raket istehsalını sürətləndirir - General

Şəkili Pərviz yenə saxlanıldı

Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla