Yuxarı

Baxın, xəcalət çəkin və ermənilərdən öyrənin!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Budur, bu da növbəti bir mədəniyyət, sənət davası, əslində isə təbliğat müharibəsi:

96-cı “Oskar” mükafatlandırma mərasimində “Ən yaxşı qısametrajlı sənədli film” kimi tanınan “Son təmir edilmiş mağaza”da Bakıda yaşamış ermənilərlə bağlı epizod yer alıb. Film tələbə musiqi alətlərinin təmiri sexinin müdiri Stiv Baqmanyanın hekayəsindən bəhs edir. Həmin epizodda Bakıda “şad-xürrəm” yaşayan erməni ailəsinin 1987-88-ci illərdə köçməyə “məcbur olması” təsvir edilir. Guya hər şey yolunda olarkən, qəfildən “milli münaqişə” qızışır (əlbəttə, bunun Qarabağa iddia edən ermənilərin azərbaycanlıları qətlə yetirməsindən sonra baş verdiyini bildirmirlər). Filmin qəhrəmanı deyir:

“Hər gün daha təhlükəli oldu və insanlar orada yaşamağa qorxurdular. Atam optimist idi, deyirdi: Mən heç yerə getməyəcəyəm, heç kimə pislik etməmişəm ki, bizi incitsinlər. O, iş yerində öldürüldü”.

Bu film mükafat alana qədər ABŞ və Kanadada 700 dəfədən çox nümayiş etdirilib. Görün, nə qədər insanda azərbaycanlılarla bağlı yanlış fikir formalaşdırılıb, özlərinin ənənəvi məzlum, dinc xalq olduğu haqda saxta təsəvvür yaradılıb.

Yadınızdadırsa, hələ bir müddət əvvəl də qardaşı İkinci Qarabağ müharibəsində ölən bir erməni telefonla çəkdiyi filmlə dünyaya səs salmışdı. Bildiyimiz, hamımızda olan adi smartfon telefonla. Özü də mövzusu nə idi? Qardaşının müharibəyə yollanma anından tutmuş qayıtmamağına kimi keçən günlər. Əslində, sentimental, dram xətti ilə “heç nə” çəkmişdi. Amma uğur qazandı.

Bəs biz? Biz nə edirik?

“Pul lazımdır”, “pulsuz olmaz” kimi nağılları bir kənara qoyun – dedik axı, erməni telefonla film çəkib, təbliğatını ən yüksək səviyyədə apara bilir. Guya ermənilərə dövlət büdcəsindən pul verilir?

Halbuki elə nə dəstək varsa, bizdə var – az-çox kinoya pul da ayrılır. Basıb yeyirik, ortalığa da çıxarırıq “üç badam bir qoz”!

Hanı bizim festivallara yolladığımız filmlər? Hansı insan faciəsi, məhv olmuş taleləri qısa, yığcam formada filmləşdirə bilmişik? Halbuki bu talelər yüzminlərlədir; dağılan, məhv olan evlər onminlərlədir; yerləbir edilən abidələr, donuz saxlanan dini ibadət ocaqları onlarladır.

Hanı bəs nəticə?

Əmir Teymurun “Nəsimi”dəki sitatı olmasın: Nə vaxta qədər Azərbaycan Ordusu öz gücü, qüdrəti ilə qalib gələcək? Bəs, bu qədər “xalq artistləri”, “xalq yazıçıları”, “xalq rejissorları”, “xalq operatorları”, “xalq bəstəkarları”, “xalq zurnaçıları”, “xalq nağaraçalanları”... – dövlətdən aylıq əmən, titullarına görə ianə alan, büdcədən sallanan “xalq”, “əməkdar”, “xadim”, “işçi”lər, “Şərəf”lilər, “Şöhrət”lilərin sözünün qüdrəti hanı?

Yaxşı, bu “qocalar” heç nə etmir, bəs gənc rejissorlar, operatorlar, ssenaristlər?

Nə vaxta qədər düşük, mənasız tiktokerlik edəcəyik? Nə vaxta qədər “şir biləyi”, “qaşqaldağ kəkili” üçün sosial şəbəkələrdə şəbih çıxaracağıq?

Nə vaxta qədər baxşəliyevaların əttökən “kubyarımlıq dramlarında” eşələnib, antisənət üfunətində feyziyab olacağıq?

Bu, ilk dəfə deyil ki! Ermənilər illərdir bu sənətlə dünyaya çıxır, biz Xırdalan körpüsünün altında əlində siqaret dayanmış “transla”...

Baxın ermənilərə, heç olmasa, xəcalət çəkin, bəlkə bir “qeyrətə” dolasınız – söhbət sənət qeyrətindən gedir, başqa yerə yozmayın. Siz onsuz da “yozmaqçün” ölürsünüz, əlinizdən başqa iş gəlmir axı!

Tarix
2024.03.11 / 15:28
Müəllif
Orxan Saffari
Şərhlər
Digər xəbərlər

Mənə intim təkliflər edib, əmr verirlər - Faiq Ağayev

Bakıda köhnə avtobuslar yığışdırılır

Aygünlə ona görə dalaşmışdıq ki… - Xalq artisti

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Müsavatçılar İsa Qəmbəri istəyir...

Taksilərin qiymətinin artmasının səbəbi nədir?

Arif Hacılı gedir: başqanlığa namizədlər açıqlandı

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Qəfil ürək tutmasından necə qorunmaq olar? - Həkim

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla