Yuxarı

Mənə zaman verin, yalvarıram

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İNSANIN ÖLÜMLƏ DİALOQU...

-Kimdir?

-Vaxtdı artıq...

-Hara gedirik?

-Gerçək evinə...

-Mənə bir az zaman verin, yalvarıram...

-Zamanın qalmadı...

-Sadəcə, bir neçə dəqiqə istəyirəm. Qəlbini sındırdıqlarım var, könüllərini almamışam... Haqsızlıq etdiklərim var, üzr istəməmişəm... Yaxşılıq gördüklərim var, dərindən təşəkkür belə etməmişəm... Bəzi yaxşılıq edənlər var, əvəzində cüzi də olsa pislik etmişəm... Bəzi dostlarım var, sevincimi də, dərdimi də paylaşmaq əvəzində onlara gizli paxıllıq, həsəd, bəzən hətta pislik də etmişəm... Haqqını dandıqlarım var... Belə getmək istəmirəm... Belə gedə bilmərəm... Mən bunun hesabını necə verərəm, necə?

-Demək, bunları bilirdin...

-Bilirdim...

-Artıq nə yararı? – Vaxtında düşünməliydin..!

-Mən hər zaman vaxtımın olduğunu düşünürdüm...

-Qəribəsiniz... Həyat müvəqqətidi deyirsiniz... Ölüm bir andır deyirsiniz... amma zamanınız gəldiyində "bir az zaman verin, hər şeyi düzəldim" deyə yalvarırsınız. Sizə verilən hər dəqiqəni, saatı, günü, ayı, ili dəyərləndirmirsiniz...

-Əgər bir az zaman versəniz... Kaş ki, sadəcə bir il öncəyə dönə bilsəm, bircə il öncəyə...

-Əgər... Kaş ki... – Ən sonda yaşanan peşmanlıq hissi...

-Sadəcə, bir neçə dəqiqə istəyirəm, bir neçə dəqiqə...

-Gözləyirlər...

-Sadəcə, bir neçə dəqiqə. Üzdüyüm, könlünü sındırdığım, haqsızlıq, pislik etdiyim, haqqını yediyim, haqqında dedi-qodu yaydığım, günahına girdiyim insanlara etiraflar edib, üzr istəyəcəm. Haqlarını halal etmələrini xahiş edəcəm...

-Bu qədər asandırmı səncə?

-...

-Gedək... Zaman bitdi...

Tarix
2016.08.06 / 16:43
Müəllif
Qənirə Paşayeva
Şərhlər
Digər xəbərlər

Antiterror tədbirinin nəticələri

Prezident xatırlatdı: Duyğulu anlardı…

Ermənilər bu dəvəti qəbul etmirlərsə…

“Lissabon 5”: ermənilər hansı tarixi "qeyd" edirlər...

Bu Hərəkat Azərbaycana nə qazandırıb?

Prezidentin Şuşadan “Bu qədəri bəsdir” mesajı…

Erməni zabitin xatirəsi: Bu qırğınla məqsədimizə çatdıq!

Güneydə əfsanəyə çevrilən ad

Rac Kapurun təklifindən imtina edən xalq artisti

Bakıya kənardan ordu yeritmək nəyə lazım idi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla