Yuxarı

157 il yaşamış türkün qəribə həyat hekayəsi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günə qədər aparılan araşdırmalar ən uzunömürlü insanın 253 il ömür sürdüyünü göstərir.

Axar.az xəbər verir ki, araşdırmalar nəticəsində dünyanın ən uzunömürlü insanının 253 il yaşadığı məlum olub. Uzunömürlülər sırasında olan daha bir insan Türkiyədə 3 əsr öncə yaşamış Zaro Ağa adlı şəxsdir. Zaro Ağanın 1777-ci ildə Mutki bölgəsinin Meydan kəndində doğulduğu, 1934-cü ildə isə İstanbulda dünyasını dəyişdiyi bildirilir.

157 il ömür sürən Zaro Ağanın məzarı hazırda İstanbulun Eyyub qəbirisitanlığındadır. Ağanın həyat tarixçəsinə baxmağın ömrünü uzatmaq istəyənlərə faydaları da ola bilər.

Onun dünyaya gəldiyi dövrdə Osmanlı İmperatorluğunun başçısı I Əbdülhəmid idi. Ağanın gənclik illərində İstanbula köç etdiyi vaxt isə padşah III Səlimin sultanlıq dövrünə təsadüf edib.

Ağa 2 əsrə yaxın yaşadığı dünyada I Əbdülhəmid, III Səlim, IV Mustafa, II Mahmud, Əbdülməcid, Əbdüləziz, Murad, II Əbdülhəmid, Məmməd Rəşad və Vəhdətdin kimi paşaların səltənətini görüb.

Zaro Ağanın axşam yeməyindəki süfrəsində yalnız qatıqla çörəyin olduğu və düz 100 il bu vərdişini dəyişmədiyi deyilir. Ağanın çox yaşamaq istəyənlərə "Bol-bol qatıq yeyin" dediyi bildirilir.

Bu uzunömürlü şəxsin 157 illik ömründə 20 dəfə evləndiyi və ölənə qədər nəvələrinin sayını bilmədiyi deyilir.
Ağanın başına gələn xoşagəlməz hadisə isə iki yəhudinin "yeni bir həyat" vədi ilə onu Amerikaya getməyə razı salmasından sonra başlayıb.

O, Nyu Yorkda böyük bir təntənə ilə qarşılanıb. Ancaq ona yeni bir həyat vəd edən şəxslərin niyyəti tamam başqa olub. Onlar yaşlı insana xüsusi bir kostyum geydirərək onu sirklərə aparıb "dünyanın ən yaşlı insanı" deyə nümayiş etdirməyə başlayıblar. Bu yaşlı insanla şəkil çəkdirməyə 10, onu öpməyə isə 15 dollar qiymət qoyulub. Əyalət-əyalət gəzdirib, hesabına pul qazandıqdan sonra onlar Ağanı bir qəpiksiz İstanbula qaytarıblar.
Ağaya yaşadığı bu olay çox ağır gəlib. 157 yaşına qədər sap-sağlam yaşayan, bircə dəfə olsun həkimə getməyən Zaro Ağa 1934-cü ildə ürəyində müşahidə olunan böyümə və ciyərlərində yaranan vərəm xəstəliyindən dünyasını dəyişib.

Tarix
2014.06.11 / 08:00
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Əliyevlə Ərdoğanın İrəvan müzakirəsi: Nikolun etdikləri...

Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır

Avstraliya Azərbaycana təşəkkür etdi

Prezident Laziz Kudratovu qəbul etdi

İsrail Tehrana 60 qırıcı ilə hücum etdi

Diplomatlar Laçında səfərdədir

Bu ölkə konsulluq xidmətini Tehrandan Bakıya göndərir

Xameneiyə sui-qəsd İsrailə baha başa gələr - 3 səbəb

İlham Əliyevin Türkiyəyə səfərindən görüntülər - Video

600 vətəndaşımız İrandan keçid üçün müraciət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla