Yuxarı

Rza Zərrabla bağlı Azərbaycan səfirliyi etiraz edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rza Zərrabla bağlı Azərbaycan səfirliyi etiraz edəcək

"Biz Türkiyə mətbuatında Rza Zərrabın Bakı doğumlu olması məsələsi ilə bağlı araşdırma aparırıq".

Bu açıqlamanı "Axar.az"ın sorğusuna cavab olaraq Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elsəvər Salmanov bildirdi. Onun sözlərinə görə, artıq Rza Zərrabın Bakı doğumlu olması haqqında türk mətbuatının yazdığı xəbərlərlə bağlı Azərbaycanın müvafiq qurumlarına müraciət ediblər:

"Əgər müvafiq qurumların apardığı araşdırmalardan sonra Rza Zərrabın Bakı doğumlu olması rəsmən təkzib edilərsə, o zaman Türkiyə qəzetlərinə bununla bağlı etirazımızı yollayacağıq".

Qeyd edək ki, Türkiyə mətbuatı "rüşvət əməliyyatı" zamanı həbs olunmuş azərbaycanlı iş adamı Rza Zərrabın 1984-cü il Bakıda, zəngin ailədə doğulması və kiçik yaşlarından ticarətlə məşğul olması haqqında birmənalı olaraq rəy formalaşdırır. 1984-cü ildə Azərbaycanda Sovet hakimiyyətinin meydan suladığını nəzərə alsaq, R.Zərrabın "Bakıda, zəngin ailədə doğulması və ticarətlə məşğul olması" ciddi mübahisə doğurur.

Əlavə edək ki, R.Zərrab İran azərbaycanlısıdır və onun Bakıda doğulması, burda ticarətlə məşğul olması ilə bağlı indiyə qədər heç bir informasiya olmayıb. Türkiyədə yaşayan və şou-biznesdə olan yerli və azərbaycanlı xanımlarla münasibətinə görə gündəmə gələn R.Zərrabı türk mediası "rüşvət əməliyyatı"na qədər həmişə "İran azərbaycanlısı", "İran vətəndaşı" olaraq təqdim edib.

Məhz indiki məqamda onun istintaqda "Tapşırıqları Azərbaycandan alırdım" deməsinin qabardılması və bakılı kimi təqdim olunması istər-istəməz "rüşvət əməliyyatı"nda Azərbaycanın adının daha çox hallandırması məqsədilə edildiyi rəyi yaradılır.

Tarix
2013.12.23 / 11:52
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı

Ramiz Mehdiyevin siyasi planları: Hamısı ifşa olunacaq!

Bu qürurlu gündə İlham Əliyevə salamlarımı çatdırıram

Prezident ABŞ admiralı ilə görüşdü

Azərbaycanın hərbi qulluqçuları Türkiyədə - Foto

Ərsin Tatar Azərbaycandan yazdı

Baş konsulumuz 200 min dollar mənimsəyib?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla