Yuxarı

Polis o qadını niyə geri qaytardı?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oxuduğum və eşitdiklərimdən belə qənaətə gəlmişəm ki, heç bir dövrdə bu qədər dəhşətli olay eyni vaxtda yaşanmayıb. Ya da bu qənaətə gəlməyimin səbəbi media və internetdir. Heç kim internet vasitəsi ilə aldığımız məlumatların beynimizi həddindən artıq informasiya ilə yükləyib vaxtından tez sıradan çıxardığının fərqində deyil.

Baş verən bütün dəhşətli olaylar psixologiyamıza təsir edərək altşüura hopmaqdadır, indi görünməyə bilər, amma fəsadları gec-tez ortaya çıxır, çıxacaq.

Bir-iki il öncə təkcə Şərqin "problemi" hesab olunan İŞİD terror təşkilatı hazırda bütün terror təşkilatlarının ölülərinə rəhmət oxutdurub, dirilərinə can sağlığı arzuladaraq, həm Şərq, həm də Qərb üçün ən böyük təhlükəyə çevrilib. Türkiyə son 46 gündə azı 57 şəhid verib. İş o yerə çatıb ki, dünyanın ən güclü dövlətləri İŞİD-lə mübarizə üçün başqa terror təşkilatlarından (PKK (PYD), Əl-Qaidə (Nusra Cəbhəsi) və s.) yardım umurlar.

***

Ölkəmizdə isə fərqli durum var. Şükür ki, o dəhşətlər burda yaşanmır – dövlət olaraq. Amma məncə, fərdi müstəvidə və fərdi düşüncədə bir terror dalğası beyinlərimizi işğal etməkdədir: Ay boyu yaşananları (qonşusunun sevgilisini öldürəni, intihar məqsədilə suya atılan gəncə yardım etmək yerinə, onu videoya çəkib lağa qoyan həmyaşıdlarını) kənara qoyub, təkcə bir günün hadisələrinə baxanda dəhşətə gəlirəm; "ata oğlunu, arvad ərini bıçaqladı", "barda işləmək istəyən qız evdən qaçdı", "gəlin 3 azyaşlı uşağını atıb Bakıya qaçdı".

Əslində, hadisələrə emosional yanaşsaq, fərdlərin faciəsi kütlələrin faciəsindən daha dəhşətli və dözülməzdir.

24 yaşlı ucarlı gəlinin niyə, hara və kimlə qaçdığı haqqında hərə fantaziyasına uyğun bir şey dedi, yazdı, status paylaşdı. Cəmiyyətimizdə ağzı söz tutan hər kəs özünü bütün baş verən (xüsusən bu mövzulu) hadisələr haqqında nəsə deməyə, münasibət bildirməyə məcbur hiss edir. Əksər münasibət də birtərəfli olur.

13 yaşında nişanlanıb, 18 yaşında ailə qurub, 24 yaşında 3 uşağa sahib qadından düzgün qərar verməsini gözləyən insanların sağlam düşünə bildiklərinə şübhə edirəm. Hələ üstəlik, "ərə getmişdi, uşaq doğmuşdu, dözməliydi" deyənlər çoxdur. Niyə? Azərbaycan qadınıdır! Niyə? Üç uşağı var! Niyə? Ərinin, qayınatasının, valideynlərinin, qohumlarının, qonşularının başını aşağı etməmək üçün dözməli idi!

13 yaşında nişanlananda, 24 yaşında 3 uşaqla əri tərəfindən atılanda, qayınatası, qayınanası tərəfindən işgəncə görəndə... indi onu qınayan o valideynlər, qohumlar, qonşular harada idi?!

Ta başdan yanlışa yol vermisənsə, ömür boyu o yanlışla yaşamağa, həyatını yanlışlar üzərində qurmağa məcbursan. Cəmiyyət doğru qərarlar üçün sənə alternativ tanımır. Həyatımız barədə bütün qərarları valideynlərimiz, qonşularımız, qohumlarımız verəndə bizim sonuna qədər öz həyatımız üzərində söz haqqımız olmur. Öz həyatını necə quracağı barədə qərarları özü verməyənlər gördüklərini (yaşadıqlarını) təkrar edərək övladları barədə qərarları da özləri verirlər. Beləcə, bədbəxtliklər artıb-törəyir...

Öz həyatımız barədə qərarları özümüz verək, övladlarımızın fikirlərinə hörmətlə yanaşıb doğru qərarlarına dəstək olaq. Cəmiyyəti "düzəltmək" bizim qüvvəmiz xaricindədir, heç olmasa, gələcək nəsillər üçün nəsə etməyə çalışaq. İndiki dövrdə edə biləcəyimiz ən yaxşı iş budur.

Yeri gəlmişkən: Bu məsələdə mənə polisin də işi maraqlı gəldi. Mən bilən, 18 yaşından yuxarı (əqli, fiziki narahatlığı olmayanlar) bütün şəxslər müstəqil vətəndaş sayılır. 24 yaşlı qadını polis niyə tutub aparıb valideynlərinə "təhvil" verməlidir? Ailəsi tərəfindən hansısa şiddətə məruz qalsa, döyülsə, öldürülsə, bunun günahkarı kimdir?

Tarix
2015.08.24 / 15:07
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Britaniya səfirliyinin rusca altyazılı filmləri

“Locarno”da iştirak edən filmimiz Bakıda – Video

Bu gün “Qarabağnamə” nümayiş olunacaq

“…Qanımdadır” nümayiş olundu – Foto

“Belə gəlib, belə də getsin dünyadan...”

Aygün Mandelanın aldığı mükafatı aldı

Məşhur amerikalı yazar vəfat etdi

Van Qoqun nadir – Fotosu

“Qarabağlı Hüseynalı Bəy” təqdim edildi - Foto

Nazir xalq şairindən danışdı – Gecə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla