Yuxarı

“Belə gəlib, belə də getsin dünyadan...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Belə gəlib, belə də getsin dünyadan...”

Axar.az-ın "Bir abzas" layihəsində bir ədəbiyyat adamı haqda həmkarlarının fikirlərini təqdim edirik. Layihənin üçüncü qonağı "Yad dildə" romanıyla "Milli Kitab Mükafatı və III Nəsimi Milli Kitab Müsabiqəsinin birincisi olmuş yazıçı Pərviz Cəbrayıldır.

Yazıçı-publisist İlqar Rəsul Pərviz Cəbrayılın yaradıcılığı haqda fikirlərini bölüşür:

"Pərviz Cəbrayılla illər öncə, hələ mən "Azadlıq" radiosunda işləyərkən tanış olmuşam. Əslində, heç şübhəsiz ki, biz bir-birimizi tanıyırdıq. Amma əl sıxıb tanış olmağımız dediyim vaxta təsadüf etdi. Mən onu bir Pərviz Cəbrayıl olaraq verilişimə dəvət etdim, o gəldi, biz efirdə söhbətləşdik. Ayrılanda yaxınlarda görüşmək barədə vədələşməyimiz artıq münasibətimizin bundan sonra necə olacağını həll elədi. Sonra görüşlərimiz çox oldu. Özü də iş zəminindən daha çox şəxsi müstəvidə. İndi də bu görüşlər davam edir. Həm də könül xoşluğu ilə. Bu görüşlərdə çalışırıq işdən, yaradıcılıqdan az danışaq. Amma olmur, bir də görürük ki, yenə də hansısa yazıdan, ya ümumilikdə ədəbiyyatdan nələrsə danışmağa başlamışıq. Tez söhbəti dəyişib özümüzə qayıdırıq. Amma əlbəttə ki, indi söhbət bizim görüşlərimizdən yox, sadəcə, Pərviz Cəbrayıldan gedir. Sadədir Pərviz Cəbrayıl. Sadə bir adam. Amma onda mənə xoş gələn cəhət odur ki, Pərviz təkcə əsərləri ilə yox, həm də davranışı ilə yazıçıdır. Bəlkə də elə bu cəhətinə görə o çox da gözə görünmür. Daha doğrusu, ortalıqda deyil çox vaxt. İndiki ədəbi mühitdə bu o qədər də yaxşı hal sayılmır, bilirəm. Çünki mühit əslində başqa "davranışlar" tələb edir yazıçıdan. Amma məncə, əslində, yazıçı elə belə də olmalıdır. Yazıçı nə ədəbiyyatı yönəltmək, nə də ədəbi mühit formalaşdırmaq kimi xırda cəhdlərə baş vurmamalıdır, məncə. Yazıçı tək olmalıdır. Bəlkə bir xeyli də kimsəsiz. Yəni özü ilə olmalıdır çox vaxt. Heç şübhəsiz ki, sonda sözü yazıçının davranışı, həyat tərzi yox, ədəbi yaradıcılığı deyir. Ona görə də məncə, əsas şərt yazmaq olmalıdır. Bildiyim qədərilə Pərvizin ortalıqda çox görünməməsinin əsas səbəblərindən biri də elə yazı-pozusu ilə məşğul olmasıdır. Belə də davam etsin məncə. Belə gəlib, belə də getsin dünyadan, əgər davam gətirə bilsə. Bunun özü də bir uğur olacaq Pərviz Cəbrayıl yaradıcılığında. Pərvizin indiyə qədərki yaradıcılıq uğurlarına və mükafatlarına gəlincə, onlar təqdirəlayiqdir əlbəttə, amma hələ son nailiyyətlər deyil..."

Tarix
2016.03.06 / 09:30
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib - Prezident

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

AXC-nin 1 yaşı necə keçib? - Əli Yusifin 1919-ci il yazısı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla