Yuxarı

“…Qanımdadır” nümayiş olundu – Foto

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
“…Qanımdadır” nümayiş olundu – Foto

Talassemiya xəstəliyi haqqında çəkilən "...Qanımdandır" sənədli filmi bölgələrdə nümayiş olunub.

Axar.az-ın məlumatına görə, film talassemiya xəstəliyinin ən çox yayıldığı Masallı, Lənkəran, Göyçay və Şəki şəhərlərində ekrana çıxıb.

Filmdə çəkilişlər Respublika Talassemiya Mərkəzində aparılıb və orada olan bu xəstəlikdən əziyyət çəkən uşaqların həyat tərzi işıqlandırılıb. Filmin nümayişindən sonra Masallı və Lənkəranda, Lənkəran Qan bankının, Şəkidə isə Şəki Qan bankının əməkdaşlarının köməkliyi ilə, könüllü qan vermə aksiyası gerçəkləşib.

"Qan ver, yaşat" deyən gənclər könüllü olaraq bu xəstəlikdən əziyyət çəkən xəstələr üçün qan veriblər.

Uğurla yekunlaşan layihə yüzlərlə insanı bu xəstəlik haqqında bilgiləndirib.

Qeyd edək ki, son zamanlar qlobal xəstəliklər sırasında yer alan talassemiya (irsi qan azlığı) xəstəliyi haqqında çəkilən film Ceyhun Əliyevin layihəsidir.

Statistikaya əsasən, Azərbaycan da bu xəstəliyin çox yayıldığı ölkələr qrupuna aiddir. Bu problemi aradan qaldırmaq üçün dövlət başçısı İlham Əliyev tərəfindən "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib.

Tarix
2016.03.18 / 17:37
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur?

İlham Əliyev Qətər əmirinə başsağlığı verdi

Azərbaycan bu ölkəni təbrik etdi

Ermənistan niyə Azərbaycana qalib gələ bilməz? - ABŞ mediası

Tramp Ankarada Putini çətin vəziyyətə saldı

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla