Yuxarı

Rus TV-sindən Azərbaycana təxribat - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus TV-sindən Azərbaycana təxribat - Video

Rusiyanın "Layfnyus" telekanalı Azərbaycana qarşı təxribata yol verib.

Axar.az xəbər verir ki, Tərtərdən reportaj hazırlayan televiziya rayonun çıxış nöqtəsində rayon əhalisinin toplanması və onların ermənilərin hücumuna görə öz şəxsi avtomobillərində gecələdiyini bildirib. Daha sonra rayon sakinlərindən birindən müsahibə alan telekanal onun sözlərini rus dilinə tamam başqa variantda tərcümə edib. Televiziya rayon sakininin sözlərini ermənilərin hər gün atəş açdığını, guya bu müharibənin onlara lazım olmadığını, bu gecə əhalinin avtomobillərdə gecələmək üçün rayon çıxışına daha çox maşınlarla gələcəyi kimi tərcümə edib.

Halbuki telekanala müsahibə verən azərbaycanlı şəxs, kadrlardan da göründüyü kimi, mülki şəxslərdən birinin öldüyünü və onun dəfnindən geri qayıtdıqlarını bildirib. O, çıxışında həmin əraziyə ermənilərdən qaçan əhalinin toplaşdığı haqqında heç bir ifadə işlətmir, əksinə, torpaqlarımızın işğalda olduğunu bildirir. Telekanalın sadəcə dayanacaq kimi (daha çox, taksi xidməti göstərənlərin dayandığı dayanacaqdır – red.) istifadə olunan bir ərazini azərbaycanlıların ermənilərdən qaçaraq toplaşdığı məkan kimi verməsi isə çox suallar doğurur.

Axar.az həmin görüntüləri təqdim edir.

Tarix
2016.04.04 / 10:44
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla