Yuxarı

Zeynəb Xanlarova ilə Şeyxin qudası üz-üzə

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili, Xalq artisti Zeynəb Xanlarovanın Xəzər dənizinin sahilinin zəbt edilməsi ilə bağlı fikirləri həmkarı tərəfindən etirazla qarşılanıb.

"Axar.az" xəbər verir ki, millət vəkili Zeynəb Xanlarova parlamentin iclasında Nardaran camaatının problemlərini diqqətə çatdırıb.

Millət vəkili ilk öncə ölkə prezidentinə onların problemlərinin həllində yaxından diqqət göstərdiyinə görə, minnətdarlığını bildirib: "Mən Naradaranın işıq, qaz, su problemlərini cənab Prezidentin nəzərinə çatdırdım. O da sağ olsun ki, bu məsələyə çox böyük diqqətlə yanaşaraq onların həlli istiqamətində addımlar atdı. Bu gün bu məsələdə artıq ciddi problem yoxdur".

Lakin xalq artisti başqa problemə toxunub. Onun fikrincə, bu, daha vacib problemdir:

"Bu gün Nardaran camaatını daha çox dənizin sahillərinin imkanlı adamlar tərəfindən hasarlanması narahat edir. Maştağa tərəfdə evlər tikilib, hasar çəkilib. Camaat ağlayır ki, bizim əlimizdən hər şeyi alıblar, bəs dənizi niyə alırlar? Tikiblər, sağlıqlarına qismət. Amma hasarlarla dənizi xalqın əlindən almaq olmaz. Nə qədər hasar çəkmək olar? Bir var, evi hasara alsınlar, bir də var, dənizi hasara alıblar. Niyə belə ediblər? Onu istəyirlər ki, xalq ayağa qalxsın, külünglə gedib onları sındırsınlar? Biz xalqı güclə sakitləşdiririk ki, belə şeylər olmasın. Niyə belə edirlər? Mən qorxuram ki, camaat ayağa qalxsın. Nardaran camaatı "mən öl-sən öl" qəbul etmirlər. Məndən deməkdir. Nardaran camaatı da bilsin ki, mən onların problemini qaldırdım".

Millət vəkilinin bu fikriləri onun həmkarı Qalib Salahzadə tərəfindən etirazla qarşılanıb. O, qeyd edib ki, Zeynəb Xanlarovanın dediyi ərazi heç də Nardarana və Maştağaya aidiyyəti yoxdur:

"Zeynəb xanımın dediyi torpaqlar Bİlgəh torpaqlarıdır. O tarpaqların Nardaran camaatına heç bir aidiyyəti yoxdur. Vaxtilə İskəndər deyilən adam oranı alıb, hasar çəkib. Buna etirazımız yoxdur. Deyilən torpaqlar Bilgəh torpaqlarıdır, heç kimin də buna etirazı yoxdur".

Qeyd edək ki, millət vəkili Qalib Salahzadə QMİ-nin sədri Şeyxulislam Allahşükür Paşazadənin qudasıdır.

Tarix
2014.02.25 / 14:09
Müəllif
Axar.az
Digər xəbərlər

Kremlin “izahatı” qəbul edilmədi, Bakı səfəri ləğv etdi...

Markovdan Yekaterinburqdakı hadisəyə reaksiya: Dəhşətdir

Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN

Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı

Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər... - Video

Öldürülənlərin cənazəsi nə vaxt Azərbaycana yola salınacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla