Yuxarı

O vaxt yazıçılar kəndbəkənd gəzirdi... - Ağəddin

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
O vaxt yazıçılar kəndbəkənd gəzirdi... - Ağəddin

Əlbəttə, yazıçı-oxucu arasında münasibət yaratmaq mümkündür. Sadəcə, buna səy göstərmək lazımdır. Burada kitabxanaların, yaradıcılıq birliklərinin üzərinə mühüm iş düşür.

Bu sözləri şair Ağəddin Babayev Axar.az-ın "Azərbaycanda mütaliənin səviyyəsini qaldırmaq, sovetlər dönəmində olduğu kimi oxucu-yazıçı tandemini yaratmaq olarmı" sualına cavab verərkən deyib. O, sovet dönəmindən bir neçə nümunə çəkib:

"Sovet dövründə kitabxanalarda yeni çap olunmuş kitabların müzakirələri, oxucu konfransları keçirilərdi. Hər oxucuya müzakirə olunan bədii ədəbiyyat barəsində fikir söyləmək imkanı yaradılırdı. Belədə həm oxucu, həm də gələcəyin tənqidçisi, ədəbiyyatşünası formalaşırdı. Bundan əlavə, kitabxanalarda qələm sahiblərinin, o cümlədən, yazıçı və şairlərin oxucularla görüşlərinin də müstəsna əhəmiyyəti vardı, amma bu gün bunların heç biri yoxdur. Doğrudur, kitabxanalarda sovet dövründəkindən də çox sayda, adda nəfis tərtibatda bədii ədəbiyyat var. Amma bu kitablar oxucu nəfəsinə, təmasına tamarzıdır. Oxuculuq qabiliyyətini qaytarmaqda yaradıcılıq birlikləri, AYB və onun bölgələrdəki şöbələri də çox iş görə bilər. Sovet dönəmində şair və yazıçılar kəndbəkənd gəzərək, öz təşəbbüsləri ilə klublarda, məktəblərdə oxucularla görüşüb, onların qarşısında yeni əsərlərini oxumaqla, bir növ, hesabat verərdilər. İndi bu cür tədbirlər azalıb. Doğrudur, ara-sıra müəlliflərin İmza günləri keçirilir. Amma sözün düzü, belə tədbirlər çox vaxt səmimiyyətdən, istiqanlılıqdan uzaq olur, adam az qalır, onun soyuq ab-havasından üşüsün".

Tarix
2016.11.16 / 08:45
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Prezident ABŞ nümayəndə heyətini qəbul etdi

Vensin Bakı səfəri Kremlə xəbərdarlıqdır

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla