Yuxarı

Tanınmış azərbaycanlı blogerlər ağır qəzaya düşdü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış azərbaycanlı blogerlər ağır qəzaya düşdü

Tanınmış blogerlər Həsti Həsənova və onun həyat yoldaşı Vahid Həsənov Tailandda qəzaya düşüb.

Axar.az xəbər verir ki, bu barədə Həsti Həsənova özü məlumat yayıb.

"Bir anda necə hər şey alt üst ola bilər, bir daha öyrəndik bunu. Əslində bu gün Bakıda olmalı idik. Adadakı son günümüzdə mopedlə qəza etdik. Həyatımda heç belə qorxmamışdım.

Yolda gedirdik və bir anda gözüm qaraldı, oyandım ki, moped aşıb, mən bir tərəfdə, Vahid bir tərəfdə qan içində uzanmışıq, hamı ətrafımıza yığılıb, biri su verir, biri əşyalarımı toplamağa kömək edir. Vahid özünü itirmişdi, gözləri bağlı halda, hərəkət edə bilmir. Həmin an ürəyim dayanacaq kimi hiss etdim.

Ambulans gəldi, Vahidi təcili əməliyyata apardılar, mənim bədənimin qanını təmizləyib sakitləşdirməyə çalışırdılar. Elə bir şoka girmişdim ki, ayaqlarımı hiss edə bilmirdim, ayağa qalxa bilmirdim, əllərim qıc olmuşdu.

Vahidin isə 9 qabırğasında, körpücük sümüyündə sınıq və çiyində çat var. Çox çətin hərəkət edir, ayağa qalxmaq, yemək yeməyi belə çox çətindir. Nə edə bilərik? Belə şeylər də olur. Heç vaxt paylaşmamışam, amma hər kəs elə bilir ki, biz ən mükəmməl həyatı yaşayırıq. Sadəcə bölüşməyi sevmirəm. Allah qoruyub bizi həqiqətən, əsas odur hələ bu dünyada yaşayırıq”, - o qeyd edib.

Tarix
2026.06.04 / 22:09
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla