Yuxarı

Mövludun xatirəsinə müsabiqə start götürdü

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Teleqraf” Holdinqin tərkibində fəaliyyət göstərən Kult.az mədəniyyət portalı mərhum yazıçı Mövlud Mövludun xatirəsinə “Mövlud Mövlud Mükafatı” adlı hekayə müsabiqəsinə start verir.

Bu barədə Axar.az-a “Mövlud Mövlud Mükafatı” hekayə müsabiqəsinin təşkilat komitəsindən məlumat verilib. Müsabiqənin müntəzəm keçirilməsi nəzərdə tutulur.

Müsabiqədə iştirak qaydaları və digər şərtlər aşağıdakı kimidir:

Şərtlər:

Müsabiqədə 40 yaşına qədər olan bütün yazarlar iştirak edə bilər.

Hər bir müəllif müsabiqəyə yalnız 1 hekayə göndərə bilər.

Hekayələrin həcmi 15 min işarədən çox olmamalıdır.

Müsabiqəyə yalnız çap olunmamış hekayələr buraxılacaq.

Hekayələr korrektə olunaraq göndərilməlidir. Həddən artıq korrektə səhvi olan mətnlər isə müsabiqəyə qəbul olunmayacaq.

Əsər qəbulu:

Müsabiqəyə əsər qəbulu aprelin 12-də başlayıb, avqustun 15-də bitəcək.

Müəlliflər öz mətnlərini kult.az2017@gmail.com elektron poçtuna göndərməlidirlər.

Hər bir müəllif mətnlə birlikdə şəxsiyyət vəsiqəsinin sürətini də göndərməlidir (şəxsiyyət vəsiqəsinin sürəti vörd faylının içində olmamaq şərti ilə).

Müsabiqədə mövzu məhdudiyyəti yoxdur.

Mükafatlar:

“Mövlud Mövlud Hekayə Mükafatı” laureatı adını qazanan yazarlar pul və diplomla mükafatlandırılacaq:

I yer – 1000 manat

II yer – 700 manat

III yer – 500 manat

Müsabiqədə 10-luğa düşən əsərlər kitab halında işıq üzü görəcək və qaliblərin elan edildiyi tədbirdə təqdim ediləcək.

Mətnlər münsiflərə müəlliflərin adı gizli saxlanılaraq təqdim olunacaq və münsiflərin, qaliblərin adları yalnız mükafatlandırma mərasimində açıqlanacaq.

Mükafatlandırma mərasiminin sentyabr ayının sonlarında keçirilməsi planlaşdırılır.

Qaliblərin müəyyən olunması qaydası:

Münsiflər ayrı-ayrılıqda bütün əsərləri oxuyub, 10 ballıq sistemlə qiymətləndirəcək. Təşkilat Komitəsi ən çox bal almış hekayələri seçib 10-luğu, bundan sonra isə qalib üçlüyü müəyyən edəcək.

Bundan sonra 10-luq Kult.az mədəniyyət portalında onlayn səsverməyə çıxarılacaq.

Onlayn səsvermədə qalib olan 1 hekayə oxucuların seçimi kimi qiymətləndiriləcək və bunun münsiflərin seçiminə heç bir aidiyyəti olmayacaq.

Onlayn səsvermənin qalibi də diplom, eləcə də planşet və ya mobil telefonla mükafatlandırılacaq.

Ola bilər ki, onlayn səsvermənin qalibi münsiflərin seçdiyi 3 hekayədən biri olsun. Belə olan halda həmin hekayənin müəllifi həm münsif seçiminin, həm də onlayn səsvermənin qalibi kimi hər iki mükafatı alacaq.

Qeyd edək ki, gənc yazar Mövlud Mövlud martın 16-da faciəli şəkildə dünyasını dəyişib.

Tarix
2017.04.12 / 10:15
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

Paşinyan orduya geri çəkilmək əmrini apreldə verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla