Yuxarı

Qarabağa müstəqillik verilərsə, nələr olar?..

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 aprel tarixi bir çoxumuzun beynində əlbəttə ki, Qarabağdakı müharibəni yada salır. Bir tərəfdən geri alınmış torpaq bizi sevindirir, digər tərəfdən isə verdiyimiz şəhidlər ürəyimizə od salır...

Müharibələrin tarixi

Müharibəyə münasibət sadə ola bilməz. Müharibə bəşəriyyət tarixində xüsusi bir yerə sahibdir və uzun müddət beynəlxalq münasibətlərin əsas vasitələrindən biri kimi qəbul olunurdu. Müharibədə qalib olan haqlı tərəf sayılırdı, mütləq monarxiyaların yaygın olduğu o zamanlar güc - haqlı olma mənasına gəlirdi. Makiavellinin müharibə haqqında dediyi sözlər manidardır: “Bir dövlət yalnız başqa (qonşu) dövlət tərəfindən istila olanana qədər yaşayır”.

Yəni, müharibəyə münasibət normal idi. Hərb ilə zənginlik və qazanç, torpaqlar, qızıllar, heyvanlar, qadınlar, kölələr əldə olunurdu. Müharibədə insanlar öldürüb talayırdı, qəsb edib didərgin salırdı, lakin orta əsrlər insanının vicdanı bunu məqbul sayırdı.

Halbuki o zamanlar da müharibələri adətən xalqlar yox, paranoyak krallar başladırdı.

Müharibələrin digər xüsusiyyəti də budur ki, adətən, o, iki ölkə arasında olmur. İnsanlar arasında davalarda olduğu kimi, hətta 2 nəfər arasında görsənən müharibələrdə belə, əslində, pərdə arxasında xeyli dövlət dayanır - müttəfiqlər və dəstəkçilər simasında.

20-ci əsrdə, 1-ci Dünya müharibəsindən sonra, Kelloq-Brain paktı ilə ona münasibət dəyişməyə başladı. Niyə məhz 1-ci Dünya müharibəsindən sonra, niyə daha əvvəl bu olmurdu?

Əslində müharibələrin pis bir praktika olduğunu Avropa Napaleondan sonra anlamağa başlamışdı. Müharibələrin aparılmasının əleyhinə olan faktorlar bunlardır:

1.Silahların dağıdıcılığının artması, müharibə nəticəsində əldə olunan qənimətin yararsızlığı;

2.Liberalizmin güclənməsi, dövlətin insan üçün olduğunun təsdiqi, insan həyatına dəyərin artması, köləliyin, məcburi əməyin qadağan olunması, mülki əhalinin hüquqlarının gündəmə gəlməsi;

3.1861-ci ildən başlayaraq müharibə hüququnun formalaşmağa başlaması;

4.İmperiyaların çökməsi və milli dövlətlərin formalaşması.

Müharibələrin qadağan olunması

2-ci Dünya müharibəsi isə olduqça dağıdıcı oldu. Avropa mədəniyyəti ən ağır günlərini yaşayırdı. Halbuki Avropa mədəniyyəti üçün mədəniyyət, inkişaf stimulu və tendensiyası, işğalçılıq fəlsəfəsindən daha iləridə idi.

Bu səbəblə, BMT-dən tutmuş, beynəlxalq konvensiyaların hazırlanmasında əsas məqsəd – müharibələrin qarşısının alınmasıdır. Bundan sonra işğal yolu ilə əldə olunmuş torpaqlar geri qaytarılmalı, işğalçıya qarşı hamı bir olub etiraz etməli idi. Müharibə qadağısını gücləndirən digər prinsiplər də qəbul olunmuşdu – məsələn, “uti possidetis” bunlardan biridir.

Lakin deyə bilmərik ki, günümüzdə başlayan müharibələrin çoxu ədalətli olub. Xüsusilə, Yaxın Şərqdə, İraq, Əfqanıstan və Suriyada gedən müharibələr öz ədalətliliyi və legitimliyi ilə bağlı xeyli sual doğurur.

500 il əvvəllə müqayisədə, biz xeyli yaxşı yaşayırıq. Dəyərlərimiz dəyişib, inkişaf edib. Dövlət və cəmiyyət insan və onun xoşbəxtliyi üçündür. Bu səbəblə, heç bir müharibə ölmüş əsgərin anasının göz yaşından və düşdüyü faciədən daha dəyərli ola bilməz, olmamalıdır.

Ədalətli müharibə, milli qürur və sülhə məcbur qalma...

Lakin insani dəyərlər və humanizm bütün cəmiyyətlərdə hakim olmur. Bunun misallarını bu gün də sıx-sıx vermək mümkündür. Müharibədən ən çox çəkinən Avropa dövlətləridir və bu məsələdə kifayət qədər səmimidirlər. ABŞ, Rusiya, Çin kimi super-dövlətlərdə bu səmimiyyət şübhə doğurur. Və əlbətdə ki, tiraniyanın yayğın olduğu, insani dəyərlərin inkişaf etmədiyi 3-cü dünya ölkələrində müharibə - udula biləcəyi təqdirdə “milli maraqlar və qürur” pərdəsi altında siyasətçilər üçün olduqça cazib bir vasitə kimi qalır.

Belə bir şəraitdə sülhsevər cəmiyyətlər namərd və gözü qana bulaşmış xarici siyasətçilərin və onların zombiləşdirdiyi xalqların qurbanına çevrilir. Uzağa getməyə ehtiyaç yoxdur – ermənilər öz işğalçı siyasəti ilə həqiqətən də müharibəni sevməyən Azərbaycan xalqına qarşı haqsızlıq və zülm törətmişlər.

Müharibəyə münasibət birmənalı olmur, istəsəniz də alınmır...

Bəzən düşmən səni udur, torpağını işğal edir. O güclüdür, müharibəni uzatmaq, hər gün yeni torpaqların itirilməsinə, canların verilməsinə səbəb olur. İlk baxışda beynəlxalq hüquq belə halda sanki zərər çəkmiş dövləti qoruyur – torpaqlar azad edilməli, zərərə görə kompensasiya ödənməlidir. Lakin praktikada BMT Təhlükəsizlik Şurasının P-5 tərkibinə görə, bu mexanizmlər çox vaxt işləmir. Sistemi dəyişmək də çətindir, daha mükəmməl bir BMT Nizamnaməsi yazmaq bu günün şərtlərində bəlkə də mümkün deyildir.

Gürcülərin xoşbəxtliyini təmin etmək üçün gürcülər Abxaziyadan imtina etsələr pis olmazmı? Onsuz da Rusiya o torpaqları boşaltmır. Hətta arada bir suni krizis yaradıb, Gürcüstanın qalan hissəsini də işğal edə bilər. Ya da ki, Azərbaycan, 7 rayonu geri almaq adına, DQ müstəqillik versə, daha rasional olmazmı? Bu suallar Avropada dəfələrlə səslənir.

Lakin belə bir həll variantı nəinki bizə, ümumiyyətlə, beynəlxalq münasibətlər sisteminə əl vermir. Belə həll yollarının müsbət və mənfi cəhətləri var, onları belə saymaq mümkündür.

1.Ermənilərin Dağlıq Qarabağda 19-cu əsrlərin başında yerləmiş olmaları bizə imkan vermir ki, onları ordan qovaq. Qanunla mülkiyyət hüququ toxunulmazdır, insanı qanuni olaraq əldə etdiyi mülkündən çıxarmaq olmaz.

2.Hər bir xalqın öz dilində ünsiyyət qurmaq və fəaliyyət göstərmək hüquq var.

3.Lakin Dağlıq Qarabağa müstəqillik verilsə, müharibə yolu ilə torpaq əldə etmək mümkün sayılacaqdır, bu da öz növbəsində yeni müharibələrə, yeni insan ölümlərinə, göz yaşlarına və faciələrə səbəb olacaqdır.

Dəyər: insan həyatı, yoxsa pul?

Bəzən müharibədə hansısa torpaq parçasını almaq üçün yüzlərlə, minlərlə insan itirilir. Çanaqqalada hər iki tərəfdən ölən insan sayı 400.000 ətrafındadır. Rayen adlı bir sıravini xilas etmək üçün Hollivud yüzlərcə əsgəri fəda edir (Söhbət “Sıravi Raynı xilas etməli” filmindən gedir). Və nəhayət Lələtəpə üçün verdiyimiz şəhid sayı da heç də az deyildir.

Müasir müharibələrin taktikası dəyişib, fəlsəfəsi də. Bu dəyişmə yenə 1-ci Dünya müharibəsində baş vermişdir, pulemyotun icad edilməsi ilə. Daha əvəllər müharibədə top mərmilərindən qorxmurdular, karteç atılsa belə. Əsgərlər zabitləri başda olmaqla, əllərində süngülü tüfənglər hücuma keçirdi. Pulemyot isə buna imkan vermirdi.

Sonra tank icad olundu. Bunun ardınca minalar, aviasiya, nüvə silahı, raketlər yaradıldı və köhnə hərb fəlsəfəsi kökündən dəyişdi.

Əsgər həyatı dəyərlidir. NATO ordularında, əsir düşdüyün halda, işgəncə görmə ehtimalı varsa, hərbi sirri verə bilərsən, cinayət sayılmır. O əsgərin həyatı daha dəyərli qəbul olunur. Qərb dövlətləri apardıqları müharibələrdə əsgəri qabağa vermir, bahalı da olsa, texnikadan istifadə edirlər.

Çeçenistan müharibəsində ruslar əvvəlcə belə etmədilər, xeyli sayda əsgərini qabağa verib itirdilər. Sonra anladılar ki, əsgərlə müharibəni uda bilməyəcəklər, üstünlüyü texnikaya verərək müharibəni uddular, lakin bu da minlərcə mülki çeçen vətəndaşının həyatı bahasına başa gəldi.

Suriya və Şərqi Ukrainada da Rusiya Qərb kimi aviasiya və raketlərə üstünlük verdi.

Lakin texnikadan istifadə etmək üçün onu ya istehsal etməli, ya da pul ilə satın almalısan. Pul olmayandan sonra önündə 2 sual var – şəhidlərin hesabına zəfər, yoxsa dondurulmuş münaqişə?

Əslində buna dair qərarı xalqın özü verməlidir. Bunun üçün əlbəttə ki, referendum keçirilməz, lakin şəhid ailələrinin və cəmiyyətin buna münasibəti bu məqamı anlamağa imkan verəcəkdir.

Aprel döyüşləri göstərdi ki, gənclərin özü – zəfər əldə olunması şərtilə - həyatlarından keçməyə razıdır. Amma anaların və ailələrin buna münasibəti birmənalı olmur.

Lakin bir daha müəyyən qədər torpaq alsaq, bu, yenə də müharibənin ümumi taleyini həll etməyəcək. Çünki bu müharibənin tərəfləri sadəcə Ermənistan və Azərbaycan deyildir.

Tarix
2017.04.03 / 09:18
Müəllif
Fərhad Mehdiyev
Oxunub
12 732
Şərhlər
Digər xəbərlər

Zəngəzur yolu dəhlizdir? “Dəhliz” nə deməkdir?

Siz nə edirsiniz: KM səhvi sizin xeyrinizədir, axı…

Kredit borcu: hansı halda həbs ola bilər?

ABŞ elə raketlə hücum etdi ki, Rusiya... - Trampdan əmr

Avropada millətçilik niyə artır?

Onlar bizi doğmalarımızla cəzalandıracaq…

Vətənin yanındasan, ya düşmənin?

Ölüm cəzası bərpa edilməlidirmi?

Qərbin Ukrayna arzusu – Kəniz!

Lamiyə niyə aktuallaşdı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla