Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Sentyabr 2018


27 dil bilən nəhəng alimi itirdik

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Alim öldü, aləm öldü” deyib Peyğəmbər əfəndimiz. Türk dünyasının nəhəng elm adamlarından olan, türk islam tarixi araşdırmaçılarının “elmin çinarı” adlandırdıqları Fuad Sezgin dünyasını dəyişib.

F.Sezgin kimdir?

Fuad Sezgin: “Mən hər kəsin etməli olduğunu etdim, məndən öncəki alimlərin uğurlarını minnətdarlıq duyğusu ilə qarşıladım, yanlışlarını isə qabartmadan düzəltməyə çalışdım. Həqiqət hesab etiklərimi isə gələcək nəsillərə çatdırmaqla əmanət etdim!”

İslam Elmlər tarixi sahəsində dünyada nüfuz sahibi olan ustad professor Fuad Sezgin süryani, ibrani, latın, ərəb, alman dilləri daxil olmaqla, 27 dili yüksək səviyyədə mənimsəyib.

Fuad Sezgin 24 yanvar 1924-cü ildə Türkiyənin Bitlis bölgəsində dünyaya gəlib.

1943-51 illərdə İstanbul Universitetində Ədəbiyyat Fakültəsi Şəriət İnstitutunda “İslami Elmlər və Oryentalizm” sahəsində Alman oryentalisti professor Hellmut Ritterin tələbəsi olub.

H.Riterrin elmlərin təməlini “İslam Elmləri” olduğunu söyləməklə Fuad Sezgində bu sahəyə maraq yaradıb. Beləliklə F.Sezgin 1951-ci ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsini bitirdikdən sonra, 1954-ci ildə Ərəb dili və Ədəbiyyat bölümündə “Buxarinin Mənbələri” adlı doktorluq işini müdafiə edərək, dosent elmi dərəcəsi alıb. Bu mövzu ilə hədis qaynağı olaraq İslam mədəniyyətində mühüm mənbə sayılan Buxarinin şifahi mənbələrə deyil, yazılı mənbələrə əsaslandığı fikirini irəli sürüb. Bu yazılı mənbələrin İslamın erkən dövrünə, hətta 7-ci əsrə dayandığını ortaya qoyub. Sözügedən mövzu Avropa şərqşünaslıq mərkəzlərində hələ də müzakirə edilməkdədir.

Fuad Sezgin, 1960-cı il hərbi çevrilişindən sonra "Zərərli professor" kimi İstanbul Universitetindən çıxarılıb. 1961-ci il tarixində 36 yaşındakən vətənini tərk etmək məcburiyyətində qalıb.

1960-61-ci illərdə Almaniyaya gedərkən yalnız paltarlarını və bir qrup sənədlərini apara bilib. Bir müddət Frankfurt Universitetində əcnəbi dosent kimi dərs deyib. 1966-cı ildə professor dərəcəsi alıb. Elmi araşdırmalarının əsasını “Ərəb-İslam Mədəniyyəti” və təbii elmlər tarixi təşkil edir.

1978-ci ildə “Kral Faysal” mükafatı alıb. Bu mükafatı aldıqdan sonra ərəb dünyasında dövlət adamlarının F.Sezginə marağı artmış və alim İslam mədəniyyəti və elm tarixinin araşdırmaları ilə bağlı ərəb dövlətləri tərəfindən böyük layihələrə dəstək aldı. Bundan sonra 1982-ci ildə J.V.Höte Universitetində Ərəb-İslam Elmləri Tarixi İnstitutunu və 1983-cü ildə həmin universitetdə muzey qurmağa nail olub və bu qurumun rəhbəri təyin olunub.

Sözügedən muzeydə müsəlman bilginləri tərəfindən düzəldilmiş alətlərin və elmi araç və gereçlərin yazılı mənbələrə söykəndiyi göstərilməkdədir.

İstanbul Gülhanə Parkı içindəki Has Ahırlar Binasında, Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan tərəfindən açılan İslam Elm və Texnoloji Tarix Muzeyində türk insanının onu daha yaxından tanımaq imkanı oldu. Müsəlman elm adamlarının görüşləri bu an Gülhanə Parkındakı İslam Elmi və Texnoloji Tarix Muzeyində nümayiş etdirilməkdədir.

Allah rəhmət eləsin!

Tarix
2018.07.01 / 21:42
Müəllif
Səməd Vəkilov
Şərhlər
Загрузка...
Digər xəbərlər

“Qarabağa məktub” - türk dünyasının ortaq dərdi

Ermənilər bibimi bu sözünə görə güllələdi

Müdriklik məbədgahı: Ustad Əliəkbər Həsənzadə - Foto

Həsəni təcili Həccə göndərin

Türkiyənin ilk azərbaycanlı xanım vəkili - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla