Yuxarı

Mövlud Mövlud və Kəramət Böyükçöldən - Bir abzas

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mövlud Mövlud və Kəramət Böyükçöldən - Bir abzas

"Bir abzas - yeddi rəng" layihəsində Yazıçı Kamal Abdulladır.

İkinci rəng - Qırmızı

Mövlud Mövlud:

– Kamal Abdulla yaradıcılığını bir sözlə ifadə etməyimi istəsələr, belə cavab verərdim: "Axtarış". Yunan mifləri, sufi mətnləri, Borxesin sirri-ilahi hekayələri də bu axtarışa çıxmışdı, Kamal Abdulla da yaradıcılığında bu axtarışa çıxıb. Onun sonuncu hekayələr kitabı olan "Sirri-zəmanə"də də bu axtarış davam edir. Bu yolda biz ona uğur arzulaya bilmərik… Siz heç sufinin sufiyə, samurayın samuraya uğur arzuladığını gördünüzmü?

Kəramət Böyükçöl:

– Kamal Abdullanın "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi" və "Unutmağa kimsə yox" romanlarını roman-trilogiya da adlandırmaq olar. İdeya və üslub telləri ilə bir-birinə bağlı bu romanların bədii-estetik gücü göz qabağındadır və qiymətini də alıb. O, Azərbaycan ədəbiyyatında intellektual romançılığın əsasını qoyub. Romanlarında sistemli və özəl dil konsepsiyası ilə çıxış edən Kamal müəllim Azərbaycan yox, Kamal türkcəsində yazır. Onun əsl qiymətini məncə, zaman verəcək.

P.S. Kamal Abdullanın hekayələrindən ibarət "Sirri–Zəmanə" adlı yeni kitabını "Kitab Klubu" (Mustafa Sübhi 13), "Bukinist" (İstiqlaliyyət küç. 69H), "Kitabevim.az" Kitab Evi ("AK Center", 2-ci mərtəbə), "Əli və Nino" kitab dükanlarından, "Bayatı" kitab satış mərkəzindən, "Xan Xəzinəsi" kitab dükanlarından, "Papirus" Kitab Evindən əldə etmək olar.

Əvvəlki Abzas

Bir abzas: Qan Turalıdan Kamal Abdullaya. Birinci rəng - Ağ

Tarix
2014.09.03 / 22:45
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla