Yuxarı

"Nokia”dan ilk “Android”

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Nokia”dan ilk “Android”

Finlandiyanın "Nokia" şirkəti fevralın 24-də keçirilən mətbuat konfransında "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk "Nokia X", "Nokia X+" və "Nokia XL" smartfon modellərini təqdim edib.

"Axar.az" Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin electron mətbuat xidmətinə istinadən bildirir ki, smartfonlarda "Android" üçün yazılan proqramları quraşdırmaq mümkündür.

Qurğuların "Android"in "Google Play" internet mağazasına çıxış imkanına malik olmadığına görə proqramları kənar mağazalardan, eləcə də "Nokia Store" mağazasından yükləmək olar.

Smartfonların işlədiyi əməliyyat sistemi "Android Open Source Project" (AOSP) əsasında yaradılıb. Aparatlarda "Android" yox, "Windows Phone" istifadəçi interfeysi quraşdırılıb.

4 düymlü ekranla təchiz edilən "Nokia X" və "Nokia X+" demək olar, oxşar modellərdir. Modellər arasında fərq yalnız "Nokia X+"-un yaddaş tutumunun çox olmasındadır. Hər iki qurğuda ikinüvəli prosessordan və 3 meqapikselli kameradan istifadə olunub. "Nokia XL" 5 düymlü ekran və 5 meqapikselli kamera ilə təchiz edilib.
Fevralın 24-dən etibarən satışa çıxarılacaq "Nokia X" smartfonunun qiyməti 89 avroya bərabər olacaq. Qiymətləri müvafiq olaraq 99 və 109 avro təşkil edəcək "Nokia X" və "Nokia XL" apreldə satışa çıxarılacaq.

Tarix
2014.02.27 / 01:15
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla