Yuxarı

Dünyanı qorxuya salan Boinq-737 haqda - Faktlar

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanı qorxuya salan Boinq-737 haqda - Faktlar

Son 5 ayda “Boinq 737 MAKS” tipli 2 təyyarənin qəzaya uğraması nəticəsində 346 sərnişin həlak olub. Belə ki, ötən il 29 oktyabr tarixində İndoneziyada baş verən qəzada 189 nəfər, 3 gün öncə Efiopiyadan Keniyaya uçan Boinq-737-də 157 nəfər həyatını itirib. Hazırda Avropa Birliyi hava məkanını bu təyyarələr üçün bağlı elan edib. Çin, Efiopiya, Qazaxıstan, Yeni Zelandiya, Fici – ümumilikdə dünyanın 40-a yaxın ölkəsi təyyarənin istifadəsini müvəqqəti olaraq qadağa edib.

Axar.az xəbər verir ki, mütəxəssislər sözügedən təyyarələrdə ardıcıl qəzaların baş verməsinin texniki çatışmazlıqdan qaynaqlandığını düşünürlər. Onlar Boinq 737 MAKS-ın müsbət özəllikləri olduğunu bildirsələr də, nasazlıqların da olduğunu vurğulayırlar. Ona görə də qəza səbəbi dəqiq müəyyən edilənədək Boinq-737 ilə uçuşlardan imtina edilib.

Bəs 346 nəfəri öldürən Boinq 737 MAKS hansı özəlliklərə malikdir?

Boinq 737 MAKS dördüncü nəsil “Boinq 737” təyyarəsidir. Bu təyyarəni digərlərindən fərqləndirən əsas özəlliyi daha güclü və böyük motorların – “CFM İnternəşnl LEAP-1B” – olmasıdır. Bu tip təyyarə ilə ilk uçuş 2016-cı ildə həyata keçirilib, lakin sərnişinlərin istifadəsinə 2017-ci ilin mayında verilib.

Boinq 737 MAKS-ın istehsalı tamamlandıqdan sonra ABŞ Hava Yolları 100, İndoneziya Hava Yolları 201, “Amerikan Avieyşn Kepital Qrup” 35, Soutvest Hava Yolları 200, AZAL 10 ədəd sifariş verib. Ümumilikdə isə 47 ölkədən 2 min 200-dən çox bu model təyyarə sifariş edilib.

Norveç Hava Yolları bu təyyarədən 100 ədəd sifariş verməklə, Avropada Boinq 737 MAKS-ın ilk müştərisi olub. 2019-cu ilə qədər isə sözügedən təyyarədən dünyada 350 ədəd satılıb və istifadə edilir.

Daha çox qəzalarla yadda qalan bu vahiməli təyyarənin qiyməti təxminən 117,1 milyon dollardır.

Dünyada bənzəri olmayan yeni model bu təyyarələrin oxşarı kimi Airbus A320 Neo, Komak C919 və МС-21 təyyarələri misal göstərilir.

Tarix
2019.03.13 / 12:38
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə reaksiya

Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı - Foto

Mixail Zabelin yenə Rus İcmasının sədri seçildi

Xaricdə gizlənənlər üçün son: Bundan qaça bilməyəcəklər!

Bayramov İordaniya baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla