Yuxarı

İnanılmaz üstünlüklərlə Ayfon 7 gəlir – Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayfon 6 (iPhone) və Ayfon 6 Plusun bir neçə ay əvvəl satışa çıxmasına rəğmən, mütəxəssislər "Əpl" şirkətinin yeni ildə Ayfon 6S-i və Ayfon 7-ni satışa çıxaracağını iddia edib.

Axar.az xəbər verir ki, "Əpl" şirkətinin hər il bir və ya 2 məhsulu bazara çıxardığını iddia edən məsul şəxslər son günlərdə ortaya çıxan söz-söhbətlərin gerçəkləşmə ehtimalını yüksək qiymətləndiriblər.

Mütəxəsislərin fikrincə, "Əpl" heyranları 2015-ci ildə yeni məhsullarla çox təəccüblənəcəklər. İddialara görə, 2015-ci ilin birinci yarısında Ayfon 6S, ikinci yarısında Ayon 7 satışa çıxarılacaq.

Tayvanlı məsul şəxslər isə texnologiya saytı "Texno Buffalo"ya açıqlama verərək, "Əpl"ın yeni telefonlarda cüt RAM isifadə edəcəyini bildiriblər. Yeni telefonlarda 2 GB RAM, tabletlərdə is 4 GB RAM olacaq.

Başqa bir iddiaya görə, "Əpl" şirkəti mini Ayfon hazırlayacaq. Bu məhsulun da 2015-ci ildə bazarda öz yerini tutacağını bildirən mütəxəssislər telefonun 4 inç ölçüdə ola biləcəyini vurğulayıblar.

Ayfon 7 ilə bağlı iddialar həddindən artıq çoxdur. Ayfon 6-nı 4.7 inç ekran ölçüsü ilə bazara çıxaran "Əpl"ın Ayfon 6S-in ekranını 5.5 inç ölçüsüdə buraxacağını bildirirlər.

İddialara görə, "Əpl"ın böyük sürprizlərindən biri də indiyə qədər heç bir telefonda etmədiyi inanılmaz bir xüsusiyyət olacaq: Kabelsiz şarj xüsusiyəti. Eyni zamanda, Ayfon 7 o biri ayfonlara nisbətən daha qalın olacaq.


Ayfon 6-da olmayan sapfir ekranın Ayfon 7-də istifadə edəcəyi də deyilir. Bu iddianı gücləndirə biləcək hadisə isə "Əpl" şirkətinin Çindəki istehsalçısı Fokskonun sapfir ekran fabriki quracağı xəbəridir. Bu iş üçün Fakskon 2.6 milyard dollar yatırım qoyacaq. İkinci iddiaya görə isə Ayfon 7-də yumşaq (likvid) metaldan istifadə olunacaq.

"Ekonomik Deyli Nyus"un iddiasına görə, Ayfon 7-dəki ən böyük sürpriz 3 ölçülü ekrandır. Qəzet bu iddiasına istinad kimi "Əpl" şirkətinin xam maddə tədarükçüsü TPK-nın 3 ölçülü ekran üzərində işləməsini göstərib.

Tarix
2015.01.01 / 00:49
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir

Arxangelskdə təlim: Azərbaycan müşahidə edəcək

İlham Əliyev Trampa zəng etdi

70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar

Qaz limitinin artırılması ilə bağlı təklif!

Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…

Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...

Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi

Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar

Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla