Yuxarı

Sərnişinə görə sürücü niyə cərimə olunur? - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərnişinə görə sürücü niyə cərimə olunur? - Video

Dəbilqəsiz motosiklet sürücüləri cərimələnəcək.


Avtosfer.az xəbər verir ki, statistik məlumatlar əsasən, motosiklet qəzalarında ölüm riski xeyli yüksəkdir. Bu riski azaltmağın yollarından biri motodəbilqədən istifadədir. Təkcə motosiklet sürücüsü yox, sərnişinin də kaska taxması qəzaların ağır nəticəsi ilə yanaşı, onları yüksək cərimədən də azad edə bilər.

2014-cü il ərzində Bakıda baş verən 19 motosiklet qəzasında 11 nəfər ölüb, 6 nəfər də ağır xəsarət almışdı. Motosiklet qəzalarında ölüm riskinin çox olduğunu göstərən statistika kaska taxmağın əhəmiyyətini gündəmə gətirir. Mayın 1-də qüvvəyə minəcək İnzibati Xətalar Məcəlləsində kaska taxmadan motosiklet sürənlər və sərnişinləri də yeni qayda ilə cərimə olunacaq, onlara elektron protokol tərtib ediləcək.

Yeni qaydalara görə sərnişinin kaska taxmamasına görə motosiklet sürücüsü də məsuliyyət daşıyacaq.
Əvvəllər sərnişin kaska taxmadığına görə 30 manat cərimə edilirdi. Yeni məcəllədə isə sərnişinə cərimə 10 manata endirilib, sürücünün cəriməsi 40 manat müəyyən edilib. Əsas səbəb odur ki, sürücünü asanlıqla müəyyən etmək olur.

Sərnişinlə bağlı isə vizual axtarışdan başqa yol yoxdur. Sonradan sərnişinin kimliyini müəyyən etmək çətin olduğundan, onun da cəriməsini sürücü ödəməlidir.

Tarix
2016.01.22 / 01:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla