Yuxarı

“Qorxuram ki, sürücü piyada görəndə…”

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qorxuram ki, sürücü piyada görəndə…”

Yeni İnzibati Xətalar Məcəlləsində 110 km/saat sürət izni verilən və keçid olmayan yolda piyadanın vurularaq yüngül xəsarət alacağı təqdirdə sürücünün məsuliyyətdən tam azad olması həm yaxşıdır, həm də pis.

Axar.az xəbər verir ki, bunu Feysbukda yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov yazıb.

Ekspert bu dəyişikliyin bəzi sürücülərə piyadalara münasibətdə arxayınlıq verəcəyini bildirib:

"Yeni İnzibati Xətalar Məcəlləsində 110 km/saat sürət izni verilən və keçid olmayan yolda piyadanın vurularaq yüngül xəsarət alacağı təqdirdə sürücünün məsuliyyətdən tam azad olması həm yaxşıdır, həm də pis. Yaxşı olan sadəcə ideyadır. Burada söhbət piyada vurulması hallarına obyektiv qiymət verməyə çağırışdan gedir. Yəni qanunverici demək istəyir ki, belə şəraitdə heç də həmişə sürücü təqsirli ola bilməz. Pis olan isə odur ki, bu yanaşma hüquq təcrübəmizin bərbadlığına işarə edir, yol hərəkəti təhlükəsizliyi üçün önəmli bir prinsipə - "sürücü maneəni gördükdə onu vurmamaq üçün tədbir görməlidir" prinsipinə kölgə salır. Bu müddəanın təcrübədə tətbiqi də asan olmayacaq. Qorxuram ki, bunu eşidən sürücülər sürətli yolda piyada görəndə əyləcə ayaq qoymayalar... "Yüngül xəsarətlə ötüşərəm" düşünənlər nə qədər istəsən tapılar, amma nəticəni fələk bilir..."

Qeyd edək ki, mayın 1-də qüvvəyə minəcək Yeni İnzibati Xətalar Məcəlləsinə görə, 110 km/saat sürət izni verilən, keçid olmayan yolda sürücü piyadanı vurarsa və piyada yüngül xəsarət alarsa, sürücü heç bir məsuliyyətə cəlb edilməyəcək.

Tarix
2016.02.02 / 13:10
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Avropa Birliyinin səfiri Azərbaycan dilini öyrənir

Nəcibə Nəsibova bu universitetə rektor təyin olundu

“Azərpoçt”da böyük kadr dəyişikliyi - Siyahı

İranın AzTV-yə qarşı addımı ilə bağlı bəyanat yayıldı

Bu türk ölkəsi ilə 5 ildə ticarət 13 dəfə artıb

Fransanın bu bəyanatları qəbuledilməzdir - XİN

KMBİ fişinq şəbəkəsinin daha iki üzvü saxlanıldı - DİN

İlham Əliyev bu liderlərlə Qolf Klubunun açılışında - Foto

Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur

Çolpon-Atada Əliyevin səfərinə həsr olunmuş banner

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla