Yuxarı

İsveçrəlilər velosipedi əla sürür - 5 medal

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsveçrəlilər velosipedi əla sürür - 5 medal

Birinci Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında dağ velosiped idmanı yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, Dağ Velosipedi Parkında keçirilən yarışlarda finiş xəttinə 1 saat 31 dəqiqə 5 saniyəyə çatmış İsveçrə idmançısı Jolanda Neff Avropa Oyunlarının ilk çempionu olub. İkinci yerə onun həmvətəni Katrin Strumeman çıxıb. Bürünc medala Maja Losovskaya (Polşa) layiq görülüb.

Qaliblərə medalları Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Azərbaycanın gənclər və idman naziri, Avropa Oyunları Əməliyyat Komitəsinin direktoru Azad Rəhimov təqdim ediblər.

Medallar təqdim edildikdən sonra Avropa Oyunlarının ilk qızıl medalçısı J.Neff jurnalistlərin suallarına cavab verib, yarışlar barədə öz təəssüratlarını bölüşüb. O deyib ki, birinci Avropa Oyunlarının ilk qızıl medalçısı olduğuna görə xoşbəxtdir. J.Neff Oyunların yaxşı təşkilinə görə minnətdarlığını bildirib.

Bu idman növü üzrə kişilər arasında keçirilmiş yarışlarda İsveçrə idmançıları fəxri kürsünün bütün pillələrini tutublar. Qızıl medalı Nino Şurter, gümüş və bürünc medalları isə Lukas Fluxiger və Fabian Giger qazanıblar.

Medalları qaliblərə Belçika Olimpiya Komitəsinin prezidenti Pyer-Olivye Bekkers təqdim edib.

Medalçılar jurnalistlərin suallarını cavablandırıblar. İsveçrə velosipedçiləri hər üç medalı əldə etdiklərinə görə çox sevindiklərini və Oyunların yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Tarix
2015.06.13 / 23:02
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla