Yuxarı

İlham Əliyev Harçeqanini mükafatlandırdı - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Harçeqanini mükafatlandırdı - Foto

Prezident İlham Əliyev 80 kq dərəcəsində I Avropa Oyunlarının qalibi olan Milad Harçeqaniyə qızıl medalı təqdim edib.

Axar.az xəbər verir ki, ilk üçlükdə yer alan digər ölkə təmsilçilərini də ölkə başçısı mükafatlandırıb.

Prezident İlham Əliyev ailəsi ilə birgə Harçeqaninin final görüşünü yarışların keçirildiyi arenadan canlı izləyib.

Qeyd edək ki, bu çəki dərəcəsində yığmamızı təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulub. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib. Taekvondoçumuz rəqibi üzərində inamlı qələbə qazanıb – 12:0. Milad 1/4 finalda da özünü yaxşı tərəfdən göstərib. Böyük britaniyalı Muhammed Lutalo ilə üz-üzə gələn təmsilçimiz bu döyüşü də vaxtından əvvəl xeyrinə bitirib (17:5).

Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra qüvvəsini sınayıb. İdmançımız bu rəqibindən də güclü olduğunu sübuta yetirib. Ferreyraya 6:2 hesabı ilə qalib gələn Milad bu gün finala yüksələn ikinci taekvondoçumuz olub. O, həlledici döyüşdə rusiyalı Albert Quanla qarşılaşıb və Oyunları titulla başa vurub. Rəqibinə 9:4 hesabı ilə qalib gələn taekvondoçumuz çempion adına layiq görülüb.

Tarix
2015.06.18 / 23:03
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Prezident sərəncam imzaladı

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Azərbaycanla böhran aradan qalxdı - Şoyqu

Azərbaycan da bunu bizim üçün etdi - Paşinyan

Gənc nəslin bu cür tərbiyə olunması çox vacibdir - Prezident

Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar...

Geri çəkildik və sülh sazişinin mətni ilə razılaşdıq...

Azərbaycan üçün dəhşətli statistika – Hara gedirik?

Prezident onları qəbul etdi

Bu, Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla