Yuxarı

İngiltərə üçün son şans - Foto proqnoz/Yeniləndi

Ana səhifə DÇ-2014
12 Punto 14 Punto 16 Punto 18 Punto
İngiltərə üçün son şans - Foto proqnoz/Yeniləndi

13:20

Braziliyada təşkil olunan sayca 20-ci Dünya kuboku davam edir.

Axar.az xəbər verir ki, bu gün futbol azarkeşləri 3 qarşılaşmanın şahidi olacaq.

Bakı vaxtı ilə 21:00-da start götürəcək matçda C qrupunun iki komandası - Kolumbiya və Kot-Divuar komandaları üz-üzə gələcək. Tarixlərində ilk dəfədir ki, qarşılanan bu komandaların heyətində ciddi problem yoxdur. Oyunu ingilis hakim Hovard Veb idarə edəcək.

Günün ikinci və mərkəzi qarşılaşması D qrupunda yer alan Uruqvay və İngiltərə milliləri arasında keçiriləcək. 65 min azarkeşin izləyəcəyi bu qarşılaşma "Arena De Sao Paolo" stadionunda Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.

Qeyd edək ki, ötən turda həm İngiltərə, həm də Uruqvay meydandan məğlub ayrılıb. 11-ci dəfə qarşı-qarşıya gələcək bu komandalar arasında Uruqvay üstündür. 4 dəfə Uruqvay qələbə çalsa da, bunu İngiltərə 3 dəfə bacarıb. 3 oyun isə heç-heçə bitib. Keçirilən oyunlarda Uruqvay komandası İngiltərənin qapısından 13 top keçirsə də, İngiltərə buna 10 qolla cavab verib.

48 ildən sonra ilk dəfə rəsmi oyunda qarşı-qarşıya gələcək komandaların heyətində ciddi problem yoxdur.

Günün sonuncu oyunu Yaponiya və Yunanıstan arasında keçiriləcək. C qrupunda yer alan bu komandalar yalnız bir dəfə, 2005-ci ildə qarşılaşıb. Dueldən Yaponiya qalib ayrılıb.

Oyun Bakı vaxtı ilə 03:00-da baş tutacaq.

20:39

Qeyd etdiyimiz kimi bu gün futbol üzrə dünya çempionatının növbəti matçları baş tutacaq. Bu gün və sabah baş tutacaq Kolumbiya - Kot-Divuar, Uruqvay - İngiltərə və Yaponiya - Yunanıstan qarşılaşmaları Axar.az-da canlı olaraq yayımlanacaq.

Yuxarıda qeyd edilən matçlara "Topaz" proqramının verdiyi əmsalları fotolarla təqdim edirik:

Tarix
2014.06.19 / 20:39
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mükafatı almaq böyük şərəfdir - Əliyev

İlham Əliyev Əbu-Dabidə mühüm tədbirdə - Canlı

Ermənistan Azərbaycana mal ixrac edəcək

Bakı ilə İravan arasında yüzmilyonlarla ticarət...

İlham Əliyevin Pezeşkiana zəng etməsi... - Moskvadan baxış

Əliyevlə Paşinyan bu mövzularda razılığa gəldilər - Video

Bakı və Belqrad arasında siyasi məsləhətləşmələr

Netanyahu: İlham Əliyevə deyin ki, bu il... - Video

Mirzoyan avropalı diplomatla sülh prosesini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla