Yuxarı

Məşhur türk yazıçı vəfat etdi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur türk yazıçı vəfat etdi

Türkiyənin məşhur yazıçısı Vədat Türkəli vəfat edib.

Axar.az xəbər verir ki, yazıçının vəfat xəbərini aktrisa qızı Dəniz Türkəli rəsmi Tivitter hesabında yazıb.

13 may 1919-cu ildə Samsunda anadan olan Türkəli 1942-ci ildə İstanbul Universitetinin ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı ixtisasından məzun olub.

Elə həmin ildə Merih Pirhəsənlə ailə həyatı qurub. Maltəpə Hərbi Liseyi və Kuləli Hərbi Məktəbində ədəbiyyat müəllimliyi etdikdən sonra 1951-ci ildə həbs olunub. 9 il azadlıqdan məhrum olunmasına baxmayaraq, 7-ci ilin sonunda şərti olaraq azadlığa buraxılıb.

1974-cü ildə Milliyyət Yayınları roman yarışmasında birincilik mükafatını, 1976-cı ildə Orxan Kamal roman mükafatını qazanıb. 2016-ci ildə "Bəyaz qağayı" şərəf mükafatına layiq görülüb.

Keçmişdə TKP üzvü olan Vədat Türkəli 2002-ci ildə DEHAP-dan millət vəkili namizədi olub.

Tarix
2016.08.29 / 11:47
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla