Yuxarı

“İsti dodaqlarımla dərərəm gözlərindən...”

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İsti dodaqlarımla dərərəm gözlərindən...”

Azərbaycanlı şair Rauf Qaraişıq (Muradov) İngiltərənin Southempton şəhərində yaşayır. 57 yaşlı şairin "77 Şeir" adlı ilk kitabı 2015-ci ildə çap olunub. Rauf Qaraişıq bədii yaradıcılıqla yanaşı, elmi fəaliyyətlə də məşğul olur. Onun 40-dan çox ixtirası və elmi işi var. İxtiraları 7 ölkədə tətbiq olunub.

Axar.az Rauf Qaraişığın "77 Şeir" adlı kitabında yer alan şeirlərindən bir neçəsini təqdim edir:

Bənövşəyi yorğunluq

"Ana, sən müəlliməsən?"

(Müşfiq)

Qollarının rahatlığı

yaş paltarın burumundan

buta-buta süzüləndə,

Təngnəfəs saniyələr

ağ ümidli vərəqlərə

bənövşəyi-bənövşəyi

düzüləndə,

Gözlərinin nuruyla

saplayıb iynələri

üzülmüş düymələri

asta-asta tikəndə,

Mürgülü gözlərinə

gecələrin bənövşəyi

yorğunluğu çökəndə

alıb sənin başını

ovuclarımın arasına

İsti dodaqlarımla

dərərəm gözlərindən

o bir cüt bənövşəni –

Yorğun baxışlarını...

Yatmaq istəyirəm, ana

O dünyadan gəlmişəm anam yanına

O dünyadan …

O dünyanın, anam, o dünyanın

bomboz qaranlığında

bir ömürlük yol uzaqlığında

sönmüş ulduz işığıyam –

Uçub gəlmişəm!!!

O dünyanın, anam, o dünyanın

ağappaq divarından

qopub düşmüş suvağam –

Ayaq açıb gəlmişəm!!!

Ümidsizlik zirvəsindən qaynayan

bir körpəcə bulağam

Qaçıb gəlmişəm!!!

O dünyada, anam, o dünyada

Sifətimi qırış-qırış hördülər,

Gözlərim qabar bağladı

Qolumu-qanadımı yondular,

Kəlmələrim dilimdəcə dağlandı…

…Qorxdum, anam, qorxdum o dünyanın

Pəncərə-pəncərə göylərindən!..

Gəlmişəm, anam, gəlmişəm

Qucağına götür məni,

Götür anam

Məni bələdiyin ağı gətir,

Gətir anam.

Ört üstümə,

Yorulmuşam,

Yol gəlmişəm

Yatmaq istəyirəm…

Məktub

(İqbala)

Salam, qardaş!

Necəsən?

Mən yaxşıyam,

Allaha şükür!

Burda hər gün yağış yağır

Allaha şükür!

Burda hər şey var,

Qardaş,

bircə sən yoxsan...

Səbrimiz sağ olsun

Allaha şükür!!!

Boş küçə

Bu boş küçə

Ürəyim kimi boş, kimsəsiz

Sərilib üzüqoylu yerə

Bu boş küçə, borclu küçə

On ildi bir görüş borcludu mənə

Sevgili görüşü.

Bu boş küçə, borclu küçə

Min il keçə

borcundan çıxa bilməz

Bu boş küçə

ürəyim kimi boş, kimsəsiz…

Zəng elə

(Van Qoqa)

Zəng elə!

Zəng elə

bilə-bilə ki, evdə yoxam!

Zəng elə,

Elə-belə

Yoxsuzluğumun səsinə qulaq asa-asa

Yuxusuzluğumu bağışla mənə

Zəng elə

Zəng səsinə oyanmayan

bəxtimi söymürəm

Qulaqlarımı söyürəm –

Sovxaya qalmasın

Qulaqlarımı!!!

Tarix
2016.10.06 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla