Yuxarı

Aqil Abbas Tehranda çap olundu – Ana dilində

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aqil Abbas Tehranda çap olundu – Ana dilində

Aqil Abbasın “Dolu” romanı Tehranda çap olunub.

Bu barədə Axar.az-a romanın naşiri şair-yazıçı Səid Muğanlı məlumat verib. Kitabı əski əlifbaya Elyar Polad köçürüb.

Roman oxuculara bu sözlərlə təqdim edilib:

“Dolu” roman deyil, bir faciənin boyutlarını ölçən bir miqyasdır. Qarabağın qarlı dağlarından yaşıl bağlarına qanla çəkilən cızıqdır. Anaların qayğısı, itkinlərin qeyrət damarı, bacıların dua barmaqları, ataların... Ata qalmayıb Qarabağda, ata kəlməsinin ömrü bir ailədə göydən axan bir ulduz qədər qısadır, ancaq yerinə şəhid kəlməsi var, sanki Qarabağda atalar və igid oğlanlar şəhid kəlməsini yaşatmaq üçün yaranmışlar.

“Dolu” romanı Qarabağın savaş meydanından balaca bir tablodur. Yoxsulluq, aclıq, ölüm, ayrılıq və tanrının boxçasındakı bütün acılarla bərabər, sevgi, qeyrət, məhəbbət, mərdlik və duyğuların ən gözəli təsvirə çəkilib. Qarabağda ağ və qara çiyin-çiyinə yaşanır. Bir ölkəni qəsb etməyə çalışan əcnəbilərin ürəklərdəki qutsallıqlara əlbət gücləri çatmayacaq. Onun üçün də dünyanın ən gözəl duyğuları həmişə bu ölkələrdə yaşanmaqda olacaq.

Dünya səviyyəsində tanınmış hünər qocamanı Alim Qasımovun çox qəribə, ürək ağrıdıcı və əlbəttə qulağa sırğa ediləsi bir sözü var: biz nə zaman küçələrə şokolad kağızı tökməsək, Qarabağ azad olacaq.

İnsan ürəyində azad və vicdanlı yaşamalıdır, kölə olmaq mal–qaraya daha çox yaraşır!...”

Tarix
2016.12.27 / 16:52
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla