Yuxarı

Ərdəbilin ələmutlu Leylisi – Suru

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdəbilin ələmutlu Leylisi – Suru

Suru Qəzvinin Ələmut kəndində yaşayan bir qız olub. Kəndə göndərilən Əyyub adlı ərdəbilli müəllimlə bir-birini seviblər. Müəllimin ezamiyyət müddəti bitdikdən sonra o. Ərdəbilə qayıdıb. O getdikdən sonra Suru bir müddət ona məktublar yazıb. Lakin heç bir cavab almadığına görə, məşuquna qovuşmaq üçün Ərdəbilə getmək məcburiyyətində qalıb. Ərdəbildə soraqlaşaraq nəhayət Əyyubun evini tapıb. Qapını döyüb. Bundan sonra Əyyubun evli və uşaqları olduğunu öyrənib. Suru bir daha öz kəndinə qayıda bilməyib və Ərdəbil küçələrində acınacaqlı, tüfeyliyə oxşar bir həyat yaşayıb. Beləcə də yaşlanıb.

Asim Ərdəbilinin yazdığı “Cəhənnəmdə bitən gül” şeiri bu məhəbbətin nəzmə çəkilmiş əksidir. Bu şeirdə zərif bir mövzudan bəhs edildiyinə görə xüsusi əhəmiyyət daşıyır. Bu şeir şairə böyük şöhrət gətirib. Həm də şeirin qəhrəmanları hələ də sağdır, yaşayırlar və bütün şəhər də onları tanıyır. Xüsusilə, Surunu. Baş verən hadisə insanların gözü qabağında yaşanmışdı. Hətta Asim Ərdəbili rəhmətə getdikdən sonra Suru onun yas mərasimində iştirak edib.

Axar.az şair Asim Ərdəbilinin Suruya həsr etdiyi şeiri təqdim edir:

“Cəhənnəmdə bitən gül”

Fələyin qanlı əlindən bir atılmış yerə endi

Bir fəlakət ananın can şirəsin südün əmdi

Bollu nisgil şələsi çiyninə aldı

Tay-tuşundan dala qaldı, sarı gül misli saraldı...

Günü tək bağrı qaraldı,

Dərd əlindən zara gəldi,

Günü-gündən qara gəldi,

Xançobansız selə tapşırsın özün

Yurdumuza bir Sara gəldi.

Bir vəfasız yar əlindən sana gəlməz yara gəldi

Bir yazıq qız, can əlindən cana gəlməz, cana gəldi...

Keçəcəkdə Ələmut damənəsindən buraya dərmana gəldi

Bir adamsız “Suru” adlı, əli bağlı, dili bağlı!

Suru kimdir?

Suru bir güldü cəhənnəmdə bitibdir

Suru bir damcıdı gözdən axaraq üzdə itibdir.

Suru yol yolçusudur, əyridə yox, düzdə itibdir,

Suru bir mərsiyədir, oxşayaraq sözdə itibdir,

O könüllərdəkı itmişdi əzəldən, odu gözdən də itibdir.

Suru bir gözləri bağlı, özü dağlı, sözü dağlı,

olub hardan hara bağlı? boşlayıb doğma diyarın,

umub əlbəttə yarından, əl üzüb hər nə varından,

qorxmayıb şəhərimizin qışda amansız boranından

nə qarından...

Gəzir avarə tapa yandırıcı dərdinə çarə, tapa bilmir,

Çox istər eşqi başından ata, amma ata bilmir,

Ova bax ovçu dalınca qaçır, amma çata bilmir.

İş dönüb, Leyli düşüb çöllərə Məcnun sorağında,

Şirin əldə tişə dağ parçalayır, Fərhad oturmuş otağında,

Təşənələb qu necə gör can verir dərya qırağında,

Varlığın son əsəri az qalır itsin yanağında,

Sankı bir közdü bürünmüş külə varlıq ocağında,

közərir piltə kimin yağ tükənibdir çırağında,

boy atır rənc bağında, qocalır gənc çağında.

Bir adamsız “Suru” adlı, əli bağlı, dili bağlı!

Suru can umma fələkdən, fələyin yoxdu vəfası,

nə qədər yoxdu vəfası, o qədər çoxdu cəfası,

Köhnə rəqqasə kimin hər kəsə bir cürdür ədası,

O ayaqdan düşənı istər ayaqdan salan olsun,

O talanmışları istər günü gündən talan olsun,

O atılmışları istər hamıdan çox atan olsun,

O satılmışları istər qul edərkən satan olsun,

Neyləmək... qurqu bu cürdür,

fələyin nəzmi əzəldən olub əzdadinə bağlı,

Qarasız ağlar olanmaz, dərəsız dağlar olanmaz,

Ölüsüz sağlar ölənməz...

Gərək hər bir gözələ bir dənə çirkin də yaransın,

Biri ensin yerə göydən biri ərşə ucalansın,

Biri çalsın əl-ayaq qəm dənizində,

biri sahildə sevinc ilə dayansın,

Biri zillət palazın başa çəkib yatsa da, ancaq

Birinin bəxti oyansın, biri qoylansa da, nemətlərə yersiz,

Biri də qana boyansın.

Ay adamsız Suru adlı, saçlarından dara bağlı!

Neyləmək iş belə gəlmiş, çur gələndə gülə gəlmiş,

Fələyin əyri kamanında olan ox atılanda düzə dəymiş,

Dilsizin bağrını dəlmiş, əyri qalmış düz əyilmiş.

Onu xoşlar bu fələk el Sarasın sellər aparsın,

Bülbül həsrət çəkərək gül səmərin yellər aparsın,

Qeysi çöllərdə qoyub Leylini məhmillər aparsın,

Xosrovu Şırın ilə əl-ələ versin, Fərhadın qamətın əysin,

Baxaraq çərx zaman nəşəyə gəlsin, kefə dolsun,

“Surular” solsa da, solsun

Biri baş yolsa da, yolsun...

Sısqa bir ulduz əgər olmasa ulduzlar içində,

Bu səma zülmətə batmaz,

daş atan kül başı qoymuş daşını

Özgəyə atmaz,

Sən yetişsən hədəfə onda fələk məqsədə çatmaz,

Daha əfsanə yaratmaz...

Suru, ay başı bəlalı, zamanın qanlı qəzalı!

Suru bir quşdur xəzan ayrı salıbdır yuvasından,

Əl üzübdür atasından,

Cücədir heyf ola süd görməyib əsla anasından,

O Züleyxa kimi Yusif iyin almır libasından,

Buna qandır tənəffüs eyləyir yar havasından,

Dərd verən dərdə salıb, amma xəbər yox davasından,

Ağlayıb sıtqayaraq bəhərə aparmır duasından.

O bir aynadır rəsm çəkib üstünə zəngar,

Onda yox qüdrəti göftar, üzü çirkin dili bimar,

gənc vəqtində dil azar, görəsən, kimdi xətakar?

Görəsən kimdi xətakar?!

Tarix
2016.12.29 / 01:20
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

Ceyhun Bayramov Abbas Arakçı ilə danışdı

Bu ərəb ölkəsində 11 milyon əhali var, 10 milyonu miqrantdır

Prezident Rixard Raşini qəbul etdi - Foto

Dövlət mesaj verir ki, bu qəbuledilməzdir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla